Cümə axşamı, 26 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Aleksandr Oxrimenko: “Ukrayna iqtisadiyyatı “erməni boykotu”nu heç hiss etməyəcək”

Ermənistanda türk mallarının idxalına qadağa qoyulduqdan sonra yeni bir kampaniya başladılıb - “Ukrayna malı almayın”. Ermənilər sosial şəbəkələrdə Ukraynanı Türkiyənin istehsal etdiyi “Bayraktar” pilotsuz təyyarələri üçün mühərrik tədarük etməkdə günahlandırır, bu səbəbdən onların fikrincə, “ermənilər Ukrayna mallarına pul verərkən türkləri silahlandırır”.

Ukrayna Analitik Mərkəzinin direktoru, iqtisad elmləri namizədi Aleksandr Oxrimenko Media.Az-a verdiyi müsahibədə Ermənistanda gedən kampaniyanı “siyasi piar” adlandırıb:

“Onlar bu hərəkətləri ilə erməni əhalisini real problemlərdən yayındırmağa çalışırlar. Ermənistan Ukraynanı düşmən adlandırmaqla və hansısa anti-Ukrayna hərəkətləri etməklə yalnız özünə ziyan vurur. İrəvan əsaslı bir səbəblə Rusiyaya düşmən deyə bilərdi”.

- Belə görünür ki, Azərbaycanın strateji tərəfdaşlar siyahısına daxil edilməsi Ermənistanı çox məyus edib.

- KiyevBakı arasındakı münasibətlər həmişə yaxın olduğu üçün heç bir şey dəyişməyib. Bakı Kiyev üçün dost və müttəfiqdir. Ukrayna Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır.

Ərazilərin yenidən bölüşdürülməsi ilə heç vaxt razılaşmayacağıq, bu, birbaşa ölkəmizə də aiddir. Eyni zamanda, Ukrayna Azərbaycanı yalnız mənəvi cəhətdən dəstəkləyir və Azərbaycanda, deyək ki, Ukrayna muzdluları yoxdur. (Bundan əvvəl “WarGonzo”dan olan təxribatçılar Azərbaycanın guya “Azov” batalyonundan muzdlu əsgərlər cəlb etdiyini bildirmişdilər. “Azov” və digərləri Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakova tabedir. O isə “qəyyumluğunda olanları” göndərməli olsaydı, bunu erməni tərəfi üçün edərdi, amma Azərbaycan tərəfinə heç vaxt etməzdi - red.).

- İrəvanda “Maydan”ın köməyi ilə “demokratik” lider Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan yeni düşmənlər qazanır, müttəfiqlər və bitərəf ölkələrlə münasibətləri korlayır. Buna “məxməri inqilab”ın təbii nəticəsi deyilə bilərmi?

- Mən hər zaman inqilaba mənfi münasibət bəsləmişəm və bəsləməyə də davam edəcəyəm. Ancaq fikrimcə, Ermənistanda “Maydan” yox idi. Bəzi oliqarxları başqaları əvəz etdi. Nəticədə, Ermənistan bütün müttəfiqlərini itirdi.

- Nəzəri bir sual verim: iqtisadi baxımdan Ermənistanda Ukrayna mallarının boykot edilməsi ölkənizə hansısa təsir göstərə bilərmi?

- Əlbəttə, yox. Ukrayna iqtisadiyyatı bunu heç görməyəcək. Ancaq Ukrayna ilə Ermənistan arasında işgüzar münasibətlərə zərbə olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?

Ermənilər Zod qızıl yatağını verməmək üçün saxta sərhəd düzəltdilər

Ermənilərin yaşadığı bölgəni ruslar idarə edəcək

Rusiya Qarabağda öz idarəetmə sistemini yaradır - Bu qeyri-rəsmi ilhaqdır, yoxsa zərurət?..

Ermənilər Xankəndinə niyə qayıdır? - Maraqlı açıqlama

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - Fotolar

Paşinyandan Rusiya sülhməramlılarıyla bağlı açıqlama

MN: Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub - Video, Foto

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...

“Liderinin ölümünə hamıdan çox o sevinmişdi…” – Əliyevdən Əli Kərimli haqda şok sözlər

“Rusiya ordunu gücləndirəcək, amma...” - Ermənistanın sabiq baş naziri 

loading...

Ən çox oxunanalar