Belarus prezidenti Aleksandr Lukaşenko oğlu Viktor Lukaşenkonu dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edib.
PİA.az-ın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.
"Viktor Lukaşenko seçkili vəzifəyə keçidlə əlaqədar Belarus prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad olunub", - xəbərdə deyilir.
Mətbuat xidmətində əlavə ediblər ki, Viktor Lukaşenkoya növbəti ehtiyatda olan general mayor hərbi rütbəsi verilib. (Report)
pia.az