Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Alçaq yaşayamaqdan, şərəfsizliyi, binamusluğu…” - Sərt açıqlama

“Bizim haqlı olduğumuzu biruzə vermək istəməyən dövlətlər də içində bilirlər ki, haqq bizik, haqq bizdədir. Məncə, bu məsələləri qurtarmaq lazımdır və ondan sonra biz başqa cür olacağıq”

Bunu yazıçı Seyran Səxavət deyib. Yazıçı torpağı işğal altında olan bir millətin nümayəndəsi kimi yaşamaqdan artıq utandığını bildirdi:

“Qarabağ məsələsinə nöqtə qoymaq üçün hünərimiz də, səbəbimiz də, böyük üstünlüklərimiz də var. Biz öz torpaqlarımızdan terrorçuları qovub çıxaracağıq. Haq da, Allah da və həqiqət də bizim tərəfimizdədir. Bizim haqlı olduğumuzu biruzə vermək istəməyən dövlətlər də içində bilirlər ki, haqq bizik, haqq bizdədir. Məncə, bu məsələləri qurtarmaq lazımdır və ondan sonra biz başqa cür olacağıq. Torpaqlarımızı işğaldan azad etməliyik, torpaq olmayandan sonra artıq sən yoxsan, bu ən azı fiziki yoxluqdur. Belə yaşamaq olmur. Hanısa şairin misrası var, yazır ki, “birtəhər yaşamaq, yaşamamaqdır”. Alçaq yaşayamaqdan, şərəfsizliyi, binamusluğu boynumuza almaqdan yorulmuşuq və bunun da yeganə yolu bu murdarları torpağımızdan qovmaqdır. Hamımız əl-ələ verib bir olmalıyıq. Burda iki olmaq, bölünmək olmaz, çünki Qarabağ birdir. Mən inanıram ki, bir həftə ərzində ermənini darmadağın edəcəyik, yəni uzunmüddətli müharibə olmayacaq.

Bir dəfə Ağdam tərəfdən Xankəndinə hücum olmuşdu və Xuraman Abbasova əsgərlərin ayağı altına yaylığın atmışdı. Gərək biz onda yaylığı ayaqlayıb keçəydik. Ənənəmizə, abır-həyamıza o qədər bağlı millətik ki, bu da bir çox hallarda bizə mane olur. Təbii ki, ana yaylığı müqəddəsdir, amma onun üstündən keçib torpağını təmizləyirsənsə, hər şeyin üstündən keçib getmək olar. Çünki torpaqdan müqəddəs ancaq Allahdır.” (Moderator.az)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Paşinyan: “Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - Foto

loading...

Ən çox oxunanalar