Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Albert Aqarunovun heykəlinin açılışı oldu - Foto

Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin açılış mərasimi olub...

PİA.az “Report”a istinadən xəbər verir ki, açılış mərasimində Albert Aqarunovun ailə üzvləri, Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Müdafiə nazirinin müavini Kərim Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, İsrailin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları iştirak ediblər.

Qeyd edək ki, Albert Aqarunovun şərəfinə abidə ucaldılması ideyasını şəhidin tank komandiri olmuş Hacı Əzimov irəli sürüb. Layihənin icrası Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən akademiyanın müəllimləri - Rahib Qarayev və Zamik Rzayevə həvalə edilib. Heykəlin kompozisiyası və eskiz ideyası da Rahib Qarayev və Zamik Rzayevə aiddir.

Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın simvoludur. Texniki cəhətdən tankı göstərmək mümkün olmadığına görə, qayadan istifadə edilərək fraqment verilib. Abidənin hazırlanması ilə bağlı təkliflər bir il müddətində davam edib. Ömər Eldarov hazırlanan 4 eskizdən birini seçib. Bu ilin aprel ayından isə abidənin hazırlanmasının icrasına başlanılıb. Heykəlin hazırlanması üçün 40 min manat ayrılıb və bu məbləğ materialların alınmasına xərclənib. Müəlliflər isə zəhmət haqqı almadan təmənnasız işləyiblər.

Xatırladaq ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.

Bu il şəhidin 50 illik yubileyidir.

pia.az


Etiket: Albert Aqarunov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar