Bazar, 18 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Aksiya işi: mühakimə olunanlar üç qrupa bölündü

Səbail Rayon Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınan şəxslərin işi üzrə prosesi üç qrup üzrə aparacaq.

PİA.az-ın məlumatına görə, qərar fevralın 24-ü Bakı Apellyasiya Məhkəməsinin binasında keçirilən hazırlıq iclasında verilib.

İş üzrə məhkəmə baxışları martın 4-nə, 5-nə və 9-na təyin olunub. Hər üç qrupun mühakiməsi Bakı Apellyasiya Məhkəməsinin binasında keçiriləcək.

2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı xəsarət alıb, xidməti avtomobillərə, ərazinin yol infrastrukturuna, Milli Məclisin birinci mərtəbəsində mülkiyyətə və inventara ziyan dəyib.

Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.

37 təqsirləndirilən şəxsin 36-sı bir müddət həbsdə saxlanıb. 2020-ci il noyabrın 16-da Səbail Rayon Məhkəməsi 21 nəfəri, dekabrın 7-də 15 nəfəri ev dustaqlığına buraxıb.

Ev dustağı olan şəxslər bunlardır: AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Müşviq Quliyev, Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarov; Müsəlman Birliyi Hərəkatının təmsilçiləri Tural Vəliyev, Kamil Mahmudov; Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov; bitərəflər Emin Hüseynzadə, Şəmsi Rəhimli, Vüsal Quliyev, Elçin Mehdiyev, Fariz Məmmədov, Ariz İbadətoğlu, Ceyhun Məmmədov, Siyavuş Mustafayev, İsmayıl Məmmədov, İlkin Əliyev, Taleh Məmişov, Elçin Məmmədov, Azər Məmmədov, Ramiz Babayev, Səbuhi Mustafayev, Müşviq Vahabov, Fərid Abadov, Dəyanət Mövlayev.

Müşviq Vahabovun ev dustaqlığı şərtlərini pozduğu, polis və məhkəmədən yayındığı, bu səbəbdən axtarışa verildiyi bildirilir.

Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.

AXCP fəalı Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb. 2020-ci il oktyabrın 10-da polis nəzarətinə verilən cəbhəçinin işi ayrıca icraata ayrılıb. Ona cinayəti bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birliyi törətməsi ittihamı da irəli sürülüb. Səbail Rayon Məhkəməsi onun mühakiməsinə martın 3-də başlayacaq.(Novator.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı təfərrüat

Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Mətanət İsgəndərli: “Bakıya qayıtmağı düşünmürəm”

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi

Böyrəkləri bərpa edə biləcək məhsullar hansılardır

Kimsə namusumu ləkələyə bilməz" - Hadisədən Rza Zərrab açıqlamas

Lukaşenkonu “Ənvər Sadat kimi öldürmək” istəyiblər - Video

Qalmaqallı bələdiyyə sədri vəzifəsindən azad edildi

“Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan

Ən çox oxunanalar