Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AKP-də vəziyyət qarışıb: “Xarizmatik lider” imici artıq işə yaramır...

Ərdoğanı və partiyasını çox çətin bir dönəm gözləyir: AKP uzun müddətdir təşkilat daxilindəki çəkişmələrlə boğuşur...

Batuhan Çolak
“Yeniçağ” qəzeti, Türkiyə, 17 dekabr 2019-cu il

İctimaiyyətdə çox səsləndirilməsə də, yerli seçkilərdən əvvəl AKP daxilindən partiya sədri Ərdoğana qarşı çoxlu tənqidlər yönəldilirdi. AKP-də Ərdoğana qarşı edilən tənqidlər bu şəkildə üzə çıxırdı:

- Yaxın iş komandası üçün səhv adamlar seçib;

- İllərini bu partiyaya vermiş insanları çox asanlıqla üz döndərir;

- Səhv adamların səhv rəylərini əsas götürərək dərhal qərar qəbul edir;

- Partiyada vilayət və rayon sədri seçilənlərin sürətlə varlanmasına fikir vermir;

- Partiya ilə əlaqəsi olmayan, amma təşkilat vasitəsilə pafoslu sözlər danışan adamlara dəyər verir;

- Partiya təşkilatları Hayati Yazıcıya təslim edilib və düzgün formada idarə edilmirlər;

- Bələdiyyə tenderlərində belə “sən çox tender aldın, mən ala bilmədim” deyərək dava çıxarırlar;

- Vətəndaşla əlaqə saxlamaqda çətinlik çəkirik;

- Rəhbərlik səviyyəsində günü-gündən dəyişən mövzuları xalqa bildirməkdə çətinlik çəkirik;

- İqtisadi göstəricilərlə bağlı dolğun açıqlama verə bilmirik;

- Böyük şəhərlərdə Ərdoğanın yüksək motivasiyası olmasına baxmayaraq, seçdiyi namizədlərdə və komandalarda eyni həyəcan olmur;

- Partiyada son sözü Ərdoğan desə də, onunla əlaqə saxlaya bilən çox az insan var. Bu da müzakirə mexanizmini zəiflədir;

- Prezidentlik sistemindən sonra yaranan Kabinet təşkilatlarımıza qarşı soyuq münasibət bəsləyir və yeni nazirlər mübarizəmizi tam başa düşmürlər;

- Mediada güclü olmağımıza baxmayaraq, vətəndaşların inamı yox olub, qəzet tirajlarımız tükənib, əlimizə keçən televiziya kanallarının izlənmə göstəricisi 50%-ə belə çatmır;

- Cəmiyyəti narahat edən simalar israrla Ərdoğanın təyyarəsində və Sarayda qonaq edilir;

- FETO ilə mübarizə məsələsində kritik şəxslər azad edilir. Bu durum mübarizəyə kölgə salarkən 15 iyul üzərindən yaratdığımız propoqanda qarşılıqsız qalır;

- ABŞ-la aparılan münasibətlərdə vətəndaşa qarşısında xəcalət çəkirik. Hansısa bir gün “Rəis, arxandayıq. Tramp, özünə gəl” başlıqlı tədbirlər keçirərkən, səhəri gün münasibətlər düzəlir. Təbii olaraq, bunlar da bizim sözlərimizin etibarlılığını itirir.

Partiya lideri olaraq Ərdoğan da bu tənqidlərin fərqindədir. Lakin o da bu tənqidləri dilə gətirənlərə qarşı mənfi münasibət bəsləyir. Xüsusilə, Davudoğlu və Babacan qrupunun necə təşkilatlanması barədə yaxın ətrafına təzyiq göstərdiyi və onların partiyasına gələn yeni üzvlərə də mane olmaq istədiyi qeyd olunur.

Ərdoğanın bu prosesdə tək qaldığı aydın şəkildə görünür. Özündən başqa yeni simalara təzyiq göstərən tək siyasi fiqur isə Dövlət Baxçalıdır. Lakin o da son dönəmdə sağlamlıq problemləri ilə məşğul olduğundan istədiyi şəraiti yarada bilmir. Bu xaos vəziyyətində partiya daxilindəki şikayətlərə: “Narahat olmayın, konqresə qədər hamısı həll olunacaq, yeni bir mənzərə ilə yenidən çalışacağıq”, cavabı verilir. Hətta bu yöndə addımlar da atılır. Vilayət rəhbərləri istefaya göndərilir, yeni vilayət və rayon sədrləri üçün də görüşlər keçirilir.

Təşkilatlarda konqres üçün işlər aparılarkən, burada da pulu olan şəxslər ön plana çıxır. Qısaca, AKP içində Ərdoğana qarşı tənqidlərin kökündə təşkilatlanma problemi durur. Ərdoğan bu günə qədərki ən böyük siyasi bacarığı təşkilatlara etdiyi hakimlik idi. Son nəticədə isə “xarizmatik lider” imici cəmiyyətdə və təşkilatlarda yetərli olmur. Xüsusilə də, Ərdoğanın kampaniyalarına rəğmən, Ankara və İstanbulun itirilməsi “xarizmatik lider” dönəminin bitdiyini göstərir.

Digər tərəfdən, AKP-nin seçici kütləsi olan mühafizəkarlara qarşı münasibət dəyişib. Onlar artıq keçmişdəki kimi əzilmiş və səsi çıxmayan bir kütlə hesab edilmirlər.

AKP mühafizəkarları müəyyən bir iqtisadi üstünlüklə və siyasətin içindəki cəmiyyətə tam qarışmamış bir qisim kimi göstərməyə başlayıb. Bu vəziyyət “əsl mühafizəkar” üçün ciddi bir kimlik problemi yaradır.

Əhməd Davudoğlu qrupunun, xüsusilə, bu qismi əldə etmək üçün çalışdığı bildirilir. Digər tərəfdən də, Əli Babacan da AKP-dəki “tək formalı” quruluşdan bezən mühafizəkar liberallara yönəlməyi planlaşdırır.

Ortaya çıxan son mənzərə onu göstərir ki, əgər böyük bir irəliləyiş əldə edilməsə, AKP-dəki yeni ayrılmalar və Ərdoğana qarşı tənqidlər daha da artacaq.

Bunlardan başqa, həmçinin, prezident sistemi də Ərdoğanı fiziki və mənəvi cəhətdən çox yorur. Görünür, Ərdoğanı və partiyasını çox çətin bir dönəm gözləyir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Ərdoğan AKP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar