Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akkreditasiyası ləğv edilən Aygün Attar: “ATƏT tərəfsiz olmalı idi” - Video

Milli Məclisə seçkilərlə əlaqədar beynəlxalq müşahidəçi kimi akkreditasiyası ləğv edilən Aygün Attar REAL TV-yə müsahibə verib...

O bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT DTİHB) qərəzli mövqeyindan çox narahat olub.

“Mən bunu yazılı şəkildə ATƏT-in müşahidə missiyasının rəhbərinə bildirdim. Həqiqətləri elmi-nəzəri və sənədli şəkildə ifadə etdiyim üçün narahat oldular”, - deyə A.Attar qeyd edib.

O, ATƏT-in vəzifələrini xatırladıb:

“Mən deyirdim ki, ATƏT öz vəzifəsini icra etməlidir. Bunu iki paraqrafda yazdım. ATƏT-in tərəfsiz olması lazım idi, amma tərəf tuturdu. Dedim ki, radikal və müxalif fikirləri həqiqət kimi təqdim edə bilməz. Onu da bildirdim ki, Azərbaycanın daxili siyasəti və xüsusilə etnik kimliklərlə bağlı bir söz deyə bilməz. Mən bunları maddə-maddə yazdım”.

A.Attarın sözlərinə görə, ATƏT-in müşahidə missiyasına xatırladıb ki, bütün beynəlxalq müşahidəçilər Azərbaycan xalqının seçiminə hörmət etməlidir, yönləndirməli deyil.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının fevralın 13-də keçirilən iclasında ATƏT DTİHB-in müşahidə missiyasının müraciətinə baxılıb.

Müraciətə əsasən, Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçi Aygün Attarın akkreditasiyasını ləğv edilib.

Qeyd edək ki, A.Attar ATƏT-in qısamüddətli müşahidəçisi idi.

pia.az


Etiket: Aygün Attar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar