Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akar-Şoyqu sammitində tarixi qərar - Araşdırma

“Həyat Təhrir əş-Şam”ın İdlibdəki beş min terrorçusu məhd ediləcək”

Sabah (Türkiyə), 12.02.2019

Milli müdafiə naziri Hulusi Akar və rusiyalı həmkarı Sergey Şoyqu fevralın 14-də Soçidə baş tutacaq üçtərəfli Ankara-Moskva-Tehran sammitindən qabaq fevralın 11-də İdlib dosyesi açıblar. Terrorçuların ləğv edilməsi planları müzakirə olunub.

Türkiyə və Rusiya arasında İdlib üzrə əldə edilmiş anlaşmaya mane olmaq cəhdləri fonunda ABŞ-ın Suriyadan getmək haqda qərarından sonrakı dövrdə diqqət Mənbicə və Fəratdan şərqə yönəlib, iki ölkə yüksək döyüş hazırlığına keçib. Türkiyə və Rusiya yenilənmiş, nəticəyə yönəlmiş işbirliyi strategiyasını bir daha müzakirə edib. Məlum olub ki, milli müdafiə naziri Hulusi Akar Ankarada öz rusiyalı həmkarı Sergey Şoyqu ilə İdlibdəki son durumu nəzərdən keçirərkən eyham vurub ki, Türkiyə sabitliyin qorunması üçün planı sonadək müdafiə edəcək. İki ölkə “Həyat Təhrir əş-Şam” (HTŞ) terror təşkilatının döyüşlərinin intensivləşdirilməsinin cavabında döyüş meydanında öz çəkilərini yenidən artırmaq barədə qərar alıb.

Terrorçuların üç qrupu var

O cümlədən Milli Kəşfiyyat Təşkilatının başçısı Hakan Fidanın qatılmasıyla baş tutmuş danışıqlarda rusların əməliyyat keçirməyə təkid etdikləri HTŞ-nin beş minə yaxın terrorçusunun məhv edilməsi üçün planlar müzakirə olunub. Kəşfiyyatın məlumatında informasiya əksini tapıb ki, HTŞ sıralarında üç qrup terrorçu var. Silahı yerə qoymağa razılaşmayan qruplardan birini Şərqi Türküstandan (Sintszyan-Uyğur muxtar bölgəsi-red.) çıxanlar təşkil edir. İkinci qrupu Qafqazın müxtəlif bölgələrindən gəlmiş silahlı ünsürlər yaradıb. Üçüncü qrupa isə ərəb ölkələrindən, hər şeydən qabaq Şimali Afrikadan əcnəbi döyüşçülər daxildir.

Ərəb mənşəli terrorçuların Suriyanın iç bölgələrinə geri çəkildiyi bir vaxtda Şərqi Türküstan və Qafqazdan çıxanlar bölgədə agentura fəaliyyəti aparan müxtəlif mərkəzlərin puluna işləyərək İdblibi qarışdırmaqdadırlar. HTŞ üçün sıradakı variantlar mümkündür: İdlibdən gediş, silahın yerə qoyulması və ya öz ölkələrinə dönüş. Silahı yerə qoymağa razılaşmayanlara münasibətdə isə əməliyyat keçirmək qərarı alınacaq.

Milli müdafiə nazirinin danışıqların yekunları üzrə açıqlamasında məlumat verilib ki, görüşdə Astana və Soçidə əldə edilmiş anlaşmalar çərçivəsində Suriyadakı son durum dəyərləndirilib. Açıqlamada deyilir:

Rusiya Federasiyasının nümayəndə heyətlərilə 2019-cu il yanvarın 31-dən fevralın 2-ədək aparılan iş nəzərdən keçirilib; liderlərin 2019-cu il fevralın 14-də Soçidə baş tutacaq sammitiylə bağlı gərəkli anlaşmalar həyata keçirilib; Astana sazişləri çərçivəsindəki öhdəliklərə və onun həyata keçirilməsi qətiyyətinə tərəfdarlıq təsdiq olunub; mümkün hər cür fitnələrə baxmayraq, İdlibdə barış və sabitliyin təmin edilməsi üçün kəşfiyyatın və silahlı güclər tərəfindən gerçəkləşdirilən işbirliyinin davam etdirilməsinin zərurət və önəminə vurğu edilib; hər şeydən qabaq İdlib hərbsizləşdirilmiş zonasında ”təhlükəsizliyin təminatı yönündə qəbul edilə biləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb; Mənbicdəki və Fəratdan şərqdəki durum haqqında Türkiyənin təhlükəsizlik sahəsində Kürdüstan Fəhlə Partiyası / Xalq Özünümüdafiə Dəstələri və İŞİD-dən qaynaqlanan narahatlığının aradan qaldırılması məsələsində vahid anlayış qeyd olunub; Suriyanın siyasi birliyi və ərazi bütövlüyünə sayğı çərçivəsində terrorizmin istənilən təzahürüylə çarpışmada işbirliyinin önəmi bir də vurğulanıb”.

Tərcümə: strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Ən çox oxunanalar