Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Musiqili Teatrın yeni layihəsində bu dəfə - Atilla Məmmədov

Noyabr ayının 27-də saat 14:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Atilla Məmmədovun "Ey Vətən!" adlı solo konserti keçiriləcək...

Konsertdə o, "Azərbaycan" (M.Maqomayev), "Sevgili canan" (Ü.Hacıbəyli), "Ana" (S.Əliyeva), "Dichitenchello Vuie" (R.Falvo), "O Sole mio" (E.Di Kapua), "I will survive" (G.Gaynor), "Quizas, Quizas, Quizas" (Osvaldo Faresa), "Hava nagila" (Yəhudi xalq mahnısı), "Litalyano Pero" (Toto Kutunyo) və "Ey Vətən" (Elza İbrahimova) mahnılarını ifa edəcək.

Qeyd edək ki, Akademik Musiqili Teatrın kiçik yaşlı aktyoru Atilla Məmmədov vokal ifaçılığına hələ 6 yaşında ikən başlayıb. 2015-ci ildə Azərbaycanı Türkiyədə "O səs Türkiyə" yarışmasında təmsil edərək finalçı olan bu istedadlı oğlan 2017-ci ildə həm İtalyada "Testene Art" və həm də Gürcüstanda "Harmony World" beynəlxalq müsabiqələrdə 1-ci yerlərə sahib olub.

2017-ci ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə onun adı Gənc istedadların “Qızıl kitabı"na yazılıb və Prezident təqaüdünə layiq görülüb.
2017-ci ildən Akademik Musiqili Teatrda fəaliyyətini uğurla davam etdirən kiçik yaşlı aktyor ötən mövsümdə premyerası olan "Balaca Şahzadə" (A.de Sent Ekzüperi, R.Ağababayev) tamaşasında Balaca Şahzədə obrazını canlandıran iki aktyordan biridir.

Ürəyəyatımlı səs tembri olan Atilla bu il Gürcüstanda keçirilən "Wonderland" adlı beynəlxalq müsabiqədə ikinci yeri qazanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar