Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Musiqili Teatrın yeni layihəsində bu dəfə Atabəy İsmayılov olacaq

Adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılan Atabəy İsmayılovun solo konserti keçiriləcək...

Dekabrın 24-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının möhtəşəm səhnəsində teatrın orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılan Atabəy İsmayılovun solo konserti keçiriləcək.

5 müxtəlif musiqi alətində – tar, fortepiano, bass gitara, violonçel, kontrabasda mükəmməl ifa bacarığı olan musiqiçi ilə birlikdə səhnədə Əməkdar artistlər – Lalə Məmmədova (vokal), Toğrul Əsədullayev (kamança), Ruslan Hüseynov (bass gitara), İsgəndər Ələsgərov (zərb alətləri), Kamran Kərimov (nağara), beynəlxalq müsabiqələr laureatları – Pərviz Məmmədov (fortepiano), İlqar Baxşıyev (truba), bəstəkar Pikə Axundova (fortepiano), Ramin Pələngov (balaban), musiqiçinin bacısı – Bülbül adına orta ixtisas məktəbinin 9-cu sinif şagirdi Ülkər İsmayılova (violonçel) maraqlı musiqi nömrələri ilə çıxış edəcəklər.

Konsertin dirijoru, Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, "ASAN" xidmət mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar