Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Air Canada”ya məxsus təyyarə hava boşluğuna düşüb, 37 nəfər xəsarət alıb

Kanadanın Vankuver şəhərindən Avstraliyaya uçan “Air Canada” aviakompaniyasına məxsus təyyarənin hava boşluğuna düşməsi nəticəsində 37 sərnişin xəsarət alıb

“İnterfaks” agentliyi xəbər verir ki, yaralıların həkim nəzarətindən keçməsi üçün təyyarə Havay adalarına məcburi eniş edib.

İnsident zamanı təyyarənin göyərtəsində 269 sərnişin və 15 ekipaj üzvü olub. Təyyarə havaya qalxdıqdan təxminən dörd saat sonra Sakit okean üzərində hava boşluğuna düşüb. Layneri kəskin bucaq altında aşağı uçub və kəmərləri bağlı olmayan sərnişinlər kreslodan yıxılıb, bəziləri isə tavana çırpılıb.

Qonolulu şəhərinin xəstəxanalarına aparılan yaralıların çoxunun boynu və beli əzilib. Onlardan doqquzu ağır zədələr alıb.

Aviakompaniyanın nümayəndəsi bildirib ki, uçuş bərpa olunmazdan öncə təyyarə xüsusi baxışdan keçəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar