Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailəsi Rəşadın sağ olduğuna inanır...

“Cənab nazir Zakir Həsənovla görüşün detalları barədə bir söz deyə bilmərəm. Bu sırf texniki məsələdir. Onu deyə bilərəm ki, çox sürətli və səmərəli axtarış işləri aparılır”

PİA.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında iyulun 24-dən Xəzərdə itkin düşən pilot Rəşad Atakişiyevin qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Sabiq dövlət müşaviri bildirib ki, ailəsi olaraq ümidlidirlər:

“Ümidim var ki, çox yaxın vaxtlarda nəticələr ortaya qoyula bilər. Ailəsi olaraq hələ də Rəşad Atakişiyevin sağ qaldığına ümidliyik. Çünki ümid son anda ölür. Ümidimizi Allaha tapşırmışıq”.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb.

Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında müdafiə naziri Zakir Həsənov ilə görüşüblər.

Görüş zamanı pilotumuzun yaxınları “Təki, Vətən sağ olsun! Övladımızın xidməti ilə şərəf duyuruq!” deyərək, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar