Cümə axşamı, 24 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Ailəm, nəslim təhqirə məruz qalır....” - Mirşahin

Bunu Mirşahin Ağayev siyasi partiyaların iştirakıyla baş tutan müzakirədə söyləyib

Ötən gün Bakıda siyasi partiyaların iştirakıyla uzun illərdən sonra baş tutan müzakirə bir sıra maraqlı məqamlarla yadda qalıb.

Qafqazinfo” xəbər verir ki, dəyirmi masada qarşılıqlı ittihamlar səsləndirilib, ayrı-ayrı şəxslərə atmacalar atılıb. Belə atmacalardan biri də REAL TV-nin rəhbəri Mirşahin Ağayevlə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasında baş verib.

Belə ki, tədbirdə çıxış edən M. Ağayev Azərbaycana xaricdən aparılan kampaniyanın adını terror elan etdiyini vurğulayıb:

“Burada həm siyasi, həm də mənəvi terror var. Onun qurbanlarından biri kimi burada rahat danışa bilirəm. Mənim ailəmin, mənsub olduğum nəslin necə təhqir edildiyini bilirsiniz. Təəssüf edirəm ki, bizim mühacirlərin idealı da yoxdur. Onlar öndər olaraq akademik Cəlal Əliyevi seçiblər. Mən dövlət müstəqilliyinin tərəfindəyəm”.

Bu zaman Sərdar Cəlaloğlu Ağayevin çıxışına müdaxilə edib. TV rəhbəri isə ondan sözünü kəsməməyini istəyib. “Siz sözümü yalnız o halda kəsə bilərsiniz ki, Qurban Məmmədovun sözünü kəsin”-deyə ona cavab verib. Bu zaman partiya sədri “Allah Cəlal Əliyevə rəhmət eləsin” ifadəsini işlədib.

pia.az

Video Musavat.com-a məxsusdur

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar