Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailədə 10 nəfərik, hamımız evdə oturub dost-tanış verəndən yeyirik – Tanınmış aktyor

Tanınmış aktyor Allahverdi Yolçuyev Moderator.az saytının suallarını cavablandırıb.

PİA.az həmin müsahibəni təqdim edir:

– Allahverdi müəllim, necəsiz?

– Nə bilim, belə də… Dərmanları açıb qoymuşam qabağıma, fikirləşirəm.

– Pandemiya günlərini necə keçirirsiz?

– Heç yerə getmirəm, bütün günü evdə otururam. Bu virus həqiqətən də çox yayılıb. Dünyasını dəyişənlər çoxdur. Bu gün yanımızda olan insanlar sabah həyatdan köçür.

– Siz də xüsusi risk qrupuna daxilsiz..

– Bəli, mən parkinson xəstəliyindən əziyyət çəkirəm. Ona görə də özümü ikiqat daha çox qoruyuram. Səhər yuxudan duran kimi immunitetimi gücləndirmək üçün müəyyən təbii vasitələr və dərmanlar qəbul edib, açıq havada yürüş edirəm.

– Sizi yəqin ki, tək xəstəlik deyil, həm də işsizlik yorur..

– Bəli, doğrudur. Mən neçə illərdir ki, işləmirəm. Adama nə qədər kənardan kömək edərlər? Efirə çıxan kimi nə qədər insan zəng edir ki, sizə kömək etmək istəyirik. Sağ olsun millətimiz! Dövlət işlə təmin etməlidir, nazirlik heç olmasa aylıq mükafat, yaxud təqaüd verməlidir. Əvvəl ərzaq yardımı verilirdi, indi heç o da yoxdur. Allah deyib durmuşuq da, görək axırımız necə olacaq? Ailədə 10 nəfərik, hamımız da evdə oturmuşuq. Dost-tanış verəndən yeyirik.

– Dövrünün çox məşhur aktyorusuz. Hətta bir zamanlar “Ovçu Pirim”-i. Amma bu ad sizə pul qazandırmadı.. Niyə?

– Nə fəxri ad verdilər, nə də maaş. Vaxtilə mən bir çox teatrlarda işləmişəm, uşaqlara aid olan “Ovçu Pirim” verilişi isə 20 il efirdə gedib. Sadəcə olaraq sonra teatrda müəyyən təmirlər oldu, işdən çıxdım. Aztv-də işlədim.. Daha sonra Satira teatrı da bağlandı, işsiz qaldım. Bir neçə teatra müraciət etdim, dedilər ki, yerimiz yoxdur, əksinə bizdə ixtisar gedir. 60 illik yubileyimi sağ olsun Nicat Kazımov Gənc Tamaşaçılar Teatrında qeyd etdi. Aktyora hörmət, diqqət lazımdır. Aktyoru təqaüdə çıxarmaq olmaz, o hər zaman səhnədə olmalıdır. O təqaüdə çıxdı, öldü eyni şeydir. Bu peşənin spesifikasını hər kəs başa düşmür. Müəllimi işdən azad edəndə gedib başqa məktəbdə çalışır. Biz aktyorları işdən çıxaranda fikirləşirik ki, taksi sürsək tanıyacaqlar, alınmır.

– Məcburiyyət qarşısında qalıb aktyorluqdan əlavə işlərdə çalışmısız?

- Xeyr, amma fikirləşmişəm. Dayanacaqda maşınlara baxa bilərəm (gülür). Övladlarım da təhsil almayıblar deyə iş tapa bilmirlər. Yəqin vaxtilə səhvlərə yol vermişik ki, indi bu vəziyyətdəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar