Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailə üzvlərini yandıran qatil barəsində iki maddə ilə cinayət işi başlanıb

Şəmkirdə ailə üzvlərini yandıran şəxslə barəsində cinayət işi başlanıb...

PİA.az-ın məlumatına görə, Şəmkir rayon sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlunun həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini yandırma faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.2.4-ci (xüsusi amansızlıqla adam öldürməyə cəhd), 29.120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddələri cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə aprelin 7-də rayonun Seyfəli kəndində qeydə alınıb.

Vəli Yaqubov hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər, əks təqdirdə evi yandıracağı ilə hədələyib. Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb.

Nəticədə 1966-cı il təvəllüdlü Yaqubova Nüşabə Vəli qızı, 1988-ci il təvəllüdlü Vəliyev Əkbər Vəli oğlu, 1988-ci il təvəllüdlü Hüseynova Nərgiz Zahid qızı və 2016-cı il təvəllüdlü Vəliyeva Banu Əkbər qızı yanıq xəsarətlər ilə xəstəxanaya yerləşdiriliblər.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində V. Yaqubov tutularaq istintaqa təhvil verilib.(APA)

pia.az

 


Etiket: Şəmkir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar