Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ailə qurana qədər daha iddialı idim”

PİA.AZ qafqazinfo-ya istinadən aparıcı, aktrisa Kamilə Babayeva ilə müsahibəni təqdim edir

 

- Bildiyimə görə, yaşınızı hər kəsdən gizlədirsiniz...

- 4-5 ilə qədər doğum tariximi çox rahat söyləyirdim. İstəsəniz doğum tariximi bir dəqiqənin içində öyrənərsiniz və mənim üzümü deyə bilərsiniz ki, sənin doğum tarixin budur. Anam nadir hallarda mənə hansısa məsələ ilə bağlı zəhmlə müraciət edər. Bir gün mənə dedi ki, bir də heç kimə yaşını demə! Səs tonunda da qəribəlik var idi. Qorxdum. Dedim ki, yaxşı. Üstündən bir üç il də keçdi, mən anladım ki, söhbət mənim yaşımdan getmirdi. Söhbət ondan gedirdi ki, mənim yaşımı biləndə artıq anamın yaşını biləcəklər.

- Necə oldu ki, "Zəif bənd" layihəsinin aparıcısı oldunuz?

- Biz ABA TV-dən gəlməsəydik, "Tezdən oyan" olmasaydı, bu verilişi etməsəydik, "Zəif bənd" də olmaya bilərdi. Çünki orada digər aparıcı var idi və o, təsdiqlənmişdi, artıq Londona getmişdi, İngiltərənin aparıcısı ilə görüşləri belə olmuşdu... Xatırlayıram, çox xəstə olduğum bir günüm idi, qrip, qırmızı kostyum, nəyəsə görə saçımı yığmışdım. "Zəif bənd"in baş prodüseri oturub başını sındırırdı ki, nə edəcək, aparıcı yoxdur, aparıcı kim olacaq? Birdən-birə efirdə məni əl-qolla, indikidən daha həvəsli nəsə danışdığımı görüb. "Tezdən oyan"dakı heyətə xəbər edib ki, Kamilə efirdən sonra gəlsin bura...

Anam, ümumiyyətlə, o layihəni sevmədi. Qara rəngə heç meyilli qadın deyil. Həmişə düşünürdü ki, bu uşağı nə qədər qara geyindirirlər. Soruşurdu ki, orada rəngli paltar geyinmək olmaz?! Deyirdim ki, yox, olmaz. Qadınlar zəng edirdilər ki, bu qıza nə oldu, niyə belə aqressivləşdi, həyatında nə dəyişdi ki, bu belə oldu? "Zəif bənd" bir dəfə ulduzlarla olmuşdu. Xatırlayıram ki, ulduzların bir çoxu məndən incimişdilər.

- Rejissor Ülviyyə Könülün "Vəkil hanı?" filmində Nigar obrazını canlandırmısınız. Çəkiliş zamanı hansı səhnəni oynamaqda çətinlik çəkirdiniz?

- "Vəkil hanı?" filminin çəkiliş dönəmində mən Türkiyədə işləyirdim. Rolum çox böyük deyildi, amma dəhşət zövqlü günlər yaşanırdı. Aktyorlarla Sənubər xanım İsgəndərli işləyirdi. Orada bir səhnəmiz var idi ki, ağrı hiss etməliydim. Yadımdadır ki, Sənubər xanım ya əli ilə, ya da küt bir şeylə çalışırdı ki, mənə ağrı versin ki, onu hiss edim. O, mənə dəhşət kömək etmişdi.

- Kamilə Babayevanın beşinci elementi nədir?

- Mənim beşinci elementim sevgidir, elə "V element"də olduğu kimi.

- Ailə qurandan sonra həyatınızda nələr dəyişdi?

- Ailəyə qədər mən daha iddialı, ötkəm idim, bəlkə daha çox komplekslərim var idi. Bütün günü başqa heç kimlə deyil, elə öz-özümlə mübarizədə idim. Edəcəksən, alınacaq, qaç, tut, qov... Nə yaxşı ki, o hisslər ikinci plana keçdi. Düzdür, o məni hərdən əsəbiləşdirir. Hərdən istəyirəm ki, oradan (daxildən -red.) bir səs gəlsin ki, dur, göstər! Sonra deyirəm ki, eh, oturmuşam da...

- Deyirlər ki, oğul anası olmaq daha asandır. Siz necə düşünürsünüz? Ümumiyyətlə, qızınızla münasibətiniz necədir?

- Mənə qəribə münasibəti var. O, məni hər kəsdən seçir və hamıdan ayırır. Ümumiyyətlə, mənə hərdən elə gəlir ki, o mənim anamdır, mən onun anası deyiləm. Beş yaşında olmağına baxmayaraq, mənə o qədər sevgi, qayğı göstərir ki, həyatımda o qədər sevgi görməmişəm.

Oğlan tayfası ilə dost deyiləm. Mən qız dostuyam. Bu, uşaqlıqdan belə olub. Oğlan haqlı belə olsa, mən qızın tərəfində duracağam. Özümü tanıyandan qız övladı istəmişəm. Qızım olsaydı, çox yaxşı olardı. Heç bir şəkildə ağlımdan keçmir ki, oğlum yoxdur. Hərdən mənə deyirlər ki, oğlan mütləq lazımdır - düşmən çəpəridir. Düşmən? Düşmən kimdir?

- Son vaxtlar özəl televiziya kanallarında çalışan aparıcıları müxtəlif dövlət qurumlarında vəzifələrə təyin edirlər. Kamilə Babayeva nə vaxtsa vəzifə sahibi olsaydı, necə rəhbər olardı?

- Mənim bir sağım müdir, bir solum müdir. Ümumiyyətlə, mənə elə gəlir ki, ətrafımda hamı müdirdir. Malikin də özəl bir iş var. O da öz işində müdirdir, hansısa departamentin rəisidir. Ranar da rəisdir, Hüsniyə də bu günlərdə rəis oldu. Kefdəyəm. Sağım müdir, solum rəis. Mənə nə düşür? Parıldayıb ulduz olmaq, vəssəlam!

Yəqin ki, gülməli müdir olaram. Hamı ilə bütün sirlərimi danışıram. Mənə elə belə yaxşıdır. Qoy sağım da müdir olsun, solum da müdir olsun, evdə də müdirlər çox olsun. Mən də həzz alım da. Pisdir?!

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar