Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailə institutunun dağılması qadınların azadlığa can atması ilə bağlıdır?

Dünyada gedən sosial prosseslərin fonunda Azərbaycanda da ailə insititutunun zəifləməsi açıq şəkildə hiss olunmaqdadır...

Əhməd Qəşəmoğlu: “Biri deyir ki, Azərbaycanda qadınlara qarşı zorakılıq var, qadınlar öz hüquqlarını yaxşı bilmir. Bu yanaşmalar da düşməncəsinə edilir”.

Mehriban Zeynalova: “Qəti surətdə deyə bilərəm ki, ailə institutlarının dağılmasında hər iki tərəfin rolu var. Ailə institutunun dağılmasının qadının üzərinə qoyulması sadəcə olaraq bir bəhanədir”.

Azərbaycanda boşanma hallarının sürətlə artması xalqımızın əsas istinadlarından biri olan ailə institutu haqqında pafoslu fikirlərin ucadan səslənməsinə artıq imkan vermir. Yeni qurulan və ya bir müddət əvvəl qurulan ailələrin bəzən elə ilk ciddi sınaqda, bəzənsə ötəri anlaşılmazlıq üzündən dağılması boşanmaların milli problem həddinə çatdığını söyləməyə imkan verir.

Boşanmaların dəhşətli statistikası “xasiyyətimiz tutmadı” və digər klassik bəhanələrin ailələrin dağılmasında heç də əsas səbəb olmadığı, bu prosesin az qala idarəolunan məcraya salındığına yönəlik qəti qənaət formalaşdırır.

Təbii ki, birgə yaşayış mümkün olmadıqda, insanların ailənin mövcudluğunu zorla davam etdirmələri onların özlərinə verdikləri işgəncədən başqa bir şey deyil. Lakin ən xırda bir anlaşılmazlığın ailənin dağılması ilə nəticələnməsi də normal qarşılana bilməz.

Onu da qeyd edək ki, son zamanlar bütün dünyada ailənin bir institut olaraq dağılması prossesi gedir və bu prosses bir çox sosioloqlar tərəfindən təşvişverici hal kimi dəyərləndirilir. Dünyada gedən sosial prosseslərin fonunda, yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanda da ailə insititutunun zəifləməsi açıq şəkildə hiss olunmaqdadır.

Bir çox sosioloqların fikrincə ailə institutunun zəifləməsində əsas rolu qadınların daha çox azadlığa can atması oynayır. Doğrudanmı ailənin bir institut olaraq dağılmasında qadınların daha çox azadlığa can atması ilə bağlı məsələdir, yoxsa bütün dünyada daha qlobal bir sosial proses getməkdədir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğlunun və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikirlərini öyrənib.

Əhməd Qəşəmoğlu: “Azərbaycan mədəniyyəti ailə institutu üzərinə qurulub. Ailə institutu dağılanda Azərbaycan mədəniyyəti, mənəviyyatı dağılır və Azərbaycan tamam başqa Azərbaycan olur”.

Bu gün qadın azadlığından danışan ictimai liderlərin, siyasi xadimlərin “azadlıq” sözünün mahiyyətini yaxşı izah edə bilmədiklərini düşünən sosiloq Əhməd Qəşəmoğlu PİA.az-a açıqlamasında bildirib ki, elə bir mexnizm yaradılıb ki, “azadlıq” deyən kimi insanın hər istədiyin etmək hüququ ağla gəlir. Bu da çox səhv yanaşmadır. O insan daha çox azaddır ki, onun öz təyinatına uyğun olaraq fəaliyət göstərmək imkanları çoxdur:

“İlk baxışdan elə görünə bilər ki, ailənin bir institut olaraq dağılmasında qadınların daha çox azadlığa can atması rol oynayır. Amma əslində belə deyil. Qadınların azadlığa can atması məsələsi bir çox hallarda suni olaraq yaradılmış mexanizmdir. Əslinə qalsa, indiki vaxtda Azərbaycanda ailənin problemləri ilə məşğul olmaq lazımdır. Çalışmaq lazımdır ki, Azərbaycanda ailə institutu dağılmasın. Çünki Azərbaycan mədəniyyəti ailə institutu üzərinə qurulub. Ailə institutu dağılanda Azərbaycan mədəniyyəti, mənəviyyatı dağılır və Azərbaycan tamam başqa Azərbaycan olur.

Biz hər gün çalışmalıyıq ki, ailə institutu dağılmasın. Amma bəzi düşmən qüvvələr Azərbaycanda ailə institutunu dağıtmaq istəyirlər. İndiki vaxtda müharibə təkcə topla-tüfənglə getmir. Eyni zamanda müharibə sosial-siyasi texnologiyalar ilə gedir. Qurulan texnologiyaların da bir hissəsi insanların zəif yerindən tutaraq qadın azadlığı ilə bağlı ölkədə müxtəlif fikirlər yayırlar.

Bu gün qadın azadlığından danışan ictimai liderlər, siyasi xadimlər “azadlıq” sözünün mahiyyətini yaxşı izah edə bilmirlər. Elə bir mexnizm yaradıblar ki, “azadlıq” deyən kimi insanın hər istədiyin etmək hüququ ağla gəlir. Bu da çox səhv yanaşmadır. O insan daha çox azaddır ki, onun öz təyinatına uyğun olaraq fəaliyət göstərmək imkanları çoxdur.

Əhməd Qəşəmoğlu: “Azərbaycan qadının əsl təyinatı nədir? Qadının əsas təyinatı o deyil ki, kefi nə istəyir etsin...”.

Bəs Azərbaycan qadının əsl təyinatı nədir? Qadının əsas təyinatı o deyil ki, kefi nə istəyir etsin. Azərbaycan qadınının Azərbaycan mədəniyyəti sistemində öz təyinatı, həm də gözəl ailəsi olmalıdır. Eyni zamanda da Azərbaycan kişisinin gözəl ailəsi olmalıdır. Ailəni qorumaq üçün həm kişilər arasında, həm də qadınlar arasında maarifləndirmə aparılmalıdır.

Biri deyir ki, Azərbaycanda qadınlara qarşı zorakılıq var, qadınlar öz hüquqlarını yaxşı bilmir. Bu yanaşmalar da düşməncəsinə edilir. Biz haray salmalıyıq ki, ailə hansı dəyərlər əsasında qurulmalıdır ki, həmin ailə möhkəm olsun. Bu yaddan çıxıb. Amma hamı hay-küy salıb ki, qadınlara qarşı zorakılıq oldu.

Televiziya verilişində yüksək vəzifəli qadın lideri dedi ki, indiki vaxtda qadınlar öz hüquqlarını yaxşı bilmirlər. Buna görə də belə vəziyyət yaranıb. Mən də ondan soruşdum ki, xanım, sizin nənəniz hüquqlarını indiki qadınlardan yaxşı bilirdi? Cavab verdi ki, xeyir heç bilmirdi. Mən də dedim ki, o vaxt qadın öz təyinatını yaxşı bilirdi.

Bir sosioloq olaraq deyirəm ki, bu dağıdıcı bir mexnizmdir və Azərbaycan cəmiyyətinin canına dağılıb. Azərbaycan ailəsin də darmadağın edir. Proses belə davam etdikcə gələn il daha pis olacaq. Çünki mən sosioloq, siz jurnalist olaraq nə qədər hay-haray salsanız da əhəmiyyət verən yoxdur. Halbu ki, ölkədə fəlakətli bir proses gedir.

Əhməd Qəşəmoğlu: “Mən sosioloq, siz jurnalist olaraq nə qədər hay-haray salsanız da əhəmiyyət verən yoxdur. Halbu ki, ölkədə fəlakətli bir proses gedir”.

Bir daha qeyd edim ki, Azərbaycan mədəniyyəti, mənəviyyatı ailə institutu üzərində qurulub. Ailə dağılanda Azərbaycan xalqı dəyişib başqa xalq olur. Buna da “sosial fəlakət” deyirlər. Bunun qarşısın almaq üçün ciddi elmi əsaslarla fəaliyyət proqramı hazırlanmalıdır. Bu halın qarşısın almaq üçün bütün vacib işlər görülməlidir. Amma bunu kimə deyəsən? Kimə deyirsən ya gülümsəyəcək, ya da ötüb keçəçək”.

Mehriban Zeynalova: “Azərbaycanda ailə institutunun dağılmasını qadının üzərinə yüklənməsi hansısa bir sistemin işə düşməsi deməkdir”.

Aparılan sosioloji araşdırmalarda ancaq rəqəmlərə baxıldığını nəzərə çatdıran “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri əlavə edib ki, sosioloqlar əsas təsirləri öyrənməyə can atmırlar. Məsələn araşdırma aparılmalıdır ki, hansı kateqoriya ailələr dağılır. Yəni bilinməlidir ki, həmin ailələr təhsillidir, təhsilsizdir, məsuliyyətlidir, ailə münasibətlərində öhdəlik məsuliyyətləri əvəlcədən aşılanıbmı:

“Mən düşünürəm ki, azad insanın özünə daha çox məhdudiyyətləri olur. Yəni həmin insanların öhdəlik və məsuliyyətləri daha çox olur. Şəxsin təhsili və dünya görüşü onun ailə münasibətlərinə təsir göstərir. Aparılan sosioloji araşdırmalarda ancaq rəqəmlərə baxılır. Amma əsas təsirləri öyrənməyə can atmırlar. Məsələn araşdırma aparılmalıdır ki, hansı kateqoriya ailələr dağılır. Yəni bilinməlidir ki, həmin ailələr təhsillidir, təhsilsizdir, məsuliyyətlidir, ailə münasibətlərində öhdəlik məsuliyyətləri əvəlcədən aşılanıbmı? Biz bunları araşdırmadan sadəcə rəqəmlərə görə həyəcan təbili çalırıq.

Boşanmaya səbəb kimi də qadını göstərirlər. Halbu ki, kişinin məsuliyyət və öhdəliyinin, sosial rolunun azalmasını, uşaqlara, ailəyə münasibətinin dəyişməsi məsələsini heç kim qabartmır. Bu baxımdan qəti surətdə deyə bilərəm ki, ailə institutlarının dağılmasında hər iki tərəfin rolu var. Ailə institutunun dağılmasının qadının üzərinə qoyulması sadəcə olaraq bir bəhanədir. Həmçinin bu qadına qarşı yeni təpkilər, qadağalar, məhdudiyyətlərin qoyulması üçün bir bəhanədir.

Mehriban Zeynalova: “Boşanmaya səbəb kimi də qadını göstərirlər. Halbuki kişinin məsuliyyət və öhdəliyinin, sosial rolunun azalmasını, uşaqlara, ailəyə münasibətinin dəyişməsi məsələsini heç kim qabartmır”.

Təhsilli, məsuliyyətli, ailə mədəniyyətində böyümüş insanların ailəyə münasibətinə, eyni zamanda da təhsilsiz və fərqli tərbiyyə metodu ilə böyümüş ailələrin münasibətlərinə baxılmalıdır.

Qadına azadlıq verdilər və gördülər ki, qadınlar kişilərdən də bərabər, yüksəkdə dura bilir. Bu məhdudiyyəti qurmaq üçün bütün məsuliyyəti qadının üstünə atırlar.

Əgər ailədirsə, bu zaman məsuliyyət hər iki tərəfin üzərinə düşür. Bunu tək qadının üzərinə yüklənməsi isə o deməkdir ki, hansısa bir sistem işə düşüb. Onlar qadınlara qarşı məhdudiyyətləri tətbiq etməyə başlayıblar”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar