Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailə içi şiddət və intellektsiz cəmiyyət... - Videomüsahibə

21-ci əsrdə Azərbaycanda valideynlərin öz qızlarını 14-16 yaşlarında ərə vermələri isə bizim cəmiyyətin intellektual səviyyəsini öldürən faktora çevrilir. Çünki ailə qayğılarını və hər cür təzyiqləri hələ uşaq ikən çiyninə alan bir ana öz övladına instikdən doğan hisslərdən savayı heç bir şey verə bilmir...

Cəmiyyətimizdə artan zorakılıq halları və hər gün insanlığa qarşı yönələn düşüncələr sosial-siyasi həyatımızın əsas hissəsinə çevrilib. Dünyanın pozulan siyasi-iqtisadi balansı fonunda ailə içində zorakılığın artması da günümüzün əsas sosial mənzərəsinə çevrilib.

Son zamanlar Azərbaycanda ailə içində şiddətin artdığını gündəlik xəbərlərdə də müşahidə etməkdəyik. Nəzərə alsaq ki, ailə bir insanın psixologiyasının formalaşmasında fundamental rol oynayır, o zaman cəmiyyət olaraq ailə içində şiddətin artmasından qayğı duymalıyıq. Sözhbət hər şeydən əvvəl uşaqlarımızın hansı psixoloji travmalar içində yetişməsindən və onlarda həyat fəlsəfəsinin formalaşmasından gedir.

Fərdlərin dünyaya baxışları ümumiikdə bir cəmiyyətin intellektual inkişaf səviyyəsini və həyat dəyərlərini formalaşdırdığına görə, ailə içindəki zorakılıq hallarının artması da bizim gələcəyimizin inkişafa deyil, geriləməyə meyllənməsinin göstərisi olaraq dəyərləndirilməlidir.

21-ci əsrdə Azərbaycanda valideynlərin öz qızlarını 14-16 yaşlarında ərə vermələri isə bizim cəmiyyətin intellektual səviyyəsini öldürən faktora çevrilir. Çünki ailə qayğılarını və hər cür təzyiqləri hələ uşaq ikən çiyninə alan bir ananın öz övladına instikdən doğan hisslərdən savayı heç bir şey verə bilmir.

Etiraf etməliyik ki, zorakı mühitdə böyüyən uşaqların intellektsiz və aqressiv böyümələi də təbiidir və bu təbiilik əslində bizim bir millət olaraq gələcəyimiz üçün ən böyük təhlükədir. Hardan baxarsaq baxaq, ailə içi zorakılıq, xüsusən qadına qarşı zorakılıq bir cəmiyyətin həyat fəlsəfəsini inkişaf etdirmir, əksinə, hər şeyi daha çox geriyə aparır. Bu məktəbdə də, məkətəbdən sonrakı həyat yolunda da özünü açıq göstərir və son nəticədə cəmiyyətin intellektini sıfırı endirir.

Qeyri mədəni hal olan ailə içi zorakılıq bizim üçün həm ənənəvi, həm də 21-ci əsrin dini və sosial aqressiyası kimi təzahür edir və təqdim etdiyimiz videoreportajı cəmiyyətə tutulan bir güzgü kimi də təsəvvür etmək olar.

Poliqon İmformasiya Agentliyi “Qadın, ailə və zorakılıq” mövzusunda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə videomüsahibəni təqdim edir:

Ziya MEHTİ
Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar