Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ailə ənənəsini pozmuş kral

Oğlunu varis edən Salman ötən il çevriliş qorxusundan ölkədən xaricə çıxmayıb

Brüs Ridel

“Əl-Monitor”, 18.01.2019

Dörd il əvvəl, yanvar ayında şahzadə Salman bin Əbdüləziz Al-i-Səud Səudiyyə Ərəbistanı Krallığının taxtına çıxıb. Onun hökmranlığı padşahlığı dərindən dəyişib: həmişəkindən daha repressiv, daha gözlənilməz və qeyri-sabit; səltənət mühüm və çətin transformasiyaların ortasındadır.

Salman Riyad vilayətinin qubernatoru idi, ögey qardaşı kral Abdullah onu varis elan etdi. Paytaxtın başçısı olan Salman Riyadın uzaq səhra şəhərindən ökənin modern mərkəzinə çevrilməsinə nəzarət etdi. Bu işi vəhhabi ruhanilərin nəzarəti ilə yerinə yetirdi. Həmçinin kral ailəsinin polisi rolunu icra etdi.

Taxta çıxmazdan yarım əsr əvvəl krallığdakı xələflik xətti aydın idi: İbn Səudun övladları növbə ilə taxta sahib olurdular. Ardıcıllıq məsələsi mütləq monarxiyanın Axilles dabanı idi.

Salman heç bir izahat vermədən ardıcıllıq xəttini iki dəfə dəyişib. Oğlu şahzadə Məhəmməd bin Salman üçün qapı açmaqdan ötrü o, iki tacdar şahzadəni vəzifəsindən məhrum edib. Sabiq varis Məhəmməd ibn Naif öz ailəsinin zəmanətnə götürülərək ev dustağıdır. Görünür, padşah və şahzadə, Məhəmməd ibn Naifi hələ də kral ailəsində potensial rəqib hesab edirlər.

Əvvəlki varis şahzadənin taleyi Salmanın dövründə Səudiyyə sistemindəki repressiyaları göstərir. Səltənət, xüsusilə də qadınlar və şiələrlə bağlı heç vaxt insan haqlarının riayətçisi olmayıb. Lakin son dörd ildə o, qəddar, repressiv diktatorluq halına gəlib. Qadın hüquq müdafiəçiləri, sabiq şahzadənin tərəfdaları saxlanılıb, işgəncələrə məruz qalıblar. Kral ailəsi üzvləri daxil olmaqla, yüzlərlə Səudiyyə iş adamı 2017-ci ildə həbs olunub, pulları və əmlakı müsadirə edilib; onlara hələ də həbsdədirlər. Məşhur jurnalist Camal Xaşuqci padşah oğlunun təhriki ilə İstanbuldakı konsulluqda öldürülüb.

Hakimiyyətinin ilk üç ilində kral Şərqi Asiyaya uzun səfərlər edib və Mərakeşdə illik məzuniyyətlər keçirib. Amma 2018-ci ildə o, səyahət etməyib. Salmann sağlamlığı nə üçün rəsmi səfərlər etmədiyini açıqlaya bilər, amma ötən il aylıq məzuniyyətindən niyə imtina etmədiyini izah etmir. Bəlkə də, padşah oğlunun varisliyinə dair qeyri-müəyyənliyə görə ölkədən çıxmaqda çətinlik hiss edir. Tacdar şahzadə isə gələn ay Pakistanı ziyarət etməyi planlaşdırır.

Kral Salman bu yaxınlarda hökumətini silkələyib. Ən maraqlı dəyişiklik monarxiyanı daxili təhdidlərdən qoruyan Səudiyyə Ərəbistanının Milli Qvardiyasında olub. Qvardiyanın qurucusu və rəhbəri Salmanın sələfi Abdullah idi. O, böyük oğlu, şahzadə Mütəybi qvardiyanın rəhbəri təyin etmişdi. Mütəyb 2017-ci ilin noyabr ayında vəzifəsindən çıxarılıb və “Ritz-Carlton” otelində həbsdə saxlanılıb.

Səudiyyə Ərəbistanı Milli Qvardiyasının yeni rəhbəri 32 yaşlı şahzadə Abdullah bin Əbdüləzizdir. Əvvəllər o, Məkkə qubernatorunun müavini idi. Şahzadə heç bir hərbi təcrübə və ya təlim sahibi deyil, amma eyni “təcrübəli” varis həm də müdafiə naziridir.

Tacdar şahzadənin əsas təşəbbüsü – Yəməndə baş verən faciəvi müharibədir. Müharibə Ərəb Dünyasının ən yoxsul ölkəsini dağıdıb və dünyanın ən pis humanitar faciəsini yaradıb. Səudilər İran tərəfindən dəstəklənən husi üsyancları məğlub etməyə bütöv bir sərvət xərcləyib.

BMT səyləri ilə Hüdeydə limanına dair kövrək razılaşma müharibəni sona çatdırmaq üçün ilk addımdır. Beynəlxalq birlik təcili olaraq BMT-nin prosesinə dəstək verməli və məhbusların mübadiləsinə, blokadanın aradan qaldırılmasına və hərtərəfli atəşkəsin qurulmasına nəzarət etmək üçün Yəməndə güclü dayaq yaratmalıdır.

Səltənət iqtisadiyyatın şaxələndirilməsinə, sosial məkanı genişləndirməyə, cinsi ayrı-seçkiliyin azaldılmasına və rəhbərliyin köklü dəyişikliyə çalışarkən, ciddi çətinliklərlə üzləşir. Xaşuqci cinayəti bütün bunları daha da çətinləşdirib və daha çox qeyri-müəyyənlik yaradıb.

Kral, Yəmən müharibəsini sona çatdırmaq və çətinlikləri aradan qaldırmaq üçün daxili təzyiqləri də zəiflətməlidir.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar