Cümə axşamı, 13 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edilib

Bu barədə Prezident İlham fərman imzalayıb

APA-nın məlumatına görə, bu barədə Prezident İlham ƏliyevAzərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanına dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.13-cü, 8.14-cü, 8.14-1-ci və 9.8-ci bəndləri ləğv edilib:

Dəyişikliklə, aşağıdakılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vəzifələri sırasından çıxarılıb:

8.13. Valideyn himayəsindən məhrum olan uşaqların, övladlığa götürülən uşaqların ümumi uçotunu, habelə Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparmaq;

8.14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq vermək, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri həyata keçirmək

8.14-1. Ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar barədə, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etmək.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Gərginlik: Ramin Bayramlı Rüfət Quliyevlə nəyi paylaşa bilmir?

Karantin rejimi yenidən sərtləşdirilə bilər — Açıqlama

Dünən gecə çox sayda livanlı erməni Ermənistana gəlib

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən açıqlama

Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında! - Sensasion həbslər gözlənilir...

Manantın devalvasiyası qaçılmazdır - Ekspert belə hesab edir...

Hadi Rəcəblinin rəis qardaşını işdən çıxardılar

“Bandotdel”lə bağlı fotosu yayılan şəxs açıqlama verib

Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq

İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış oldu — Fotolar, Yenilənib

loading...

Ən çox oxunanalar