Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar regiona səfərə gəlir.
APA-nın xəbərinə görə, bu barədə Toivo Klaar “Twitter”də bildirib.
O, Bakıda, Tbilisidə və İrəvanda görüşlər keçirəcək.
“Avropa İttifaqı çiçəklənən və barış içindəki Cənubi Qafqaz üçün tərəfdaşları ilə birgə çalışır”, - diplomat qeyd edib.
pia.az