Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ-nin Dağlıq Qarabağla bağlı nümunəsi

Amerikalı şərhçinin fikrincə ABŞ da bu yolu tutmalıdır...

Adell Nəzərian

“Arab news”, 07.06.2020

Keçən ay Avropa İttifaqı (Aİ) ərazi bütövlüyünə dair qəti mövqe tutub və onun təsiri Vaşinqtona qədər uzanıb.

Avropa İttifaqı liderləri illik Şərq Tərəfdaşlığı (ŞT) sammitinin videokonfransını keçirib və iyunun 18-də koronavirus xəstəliyinə (COVID-19) təpkini müzakirə etməklə bərabər, fürsətdən faydalanıb qanunsuz işğallara qarşı olduqlarını təsdiqləyiblər.

Aİ-nin ŞT-dəki altı tərəfdaşı Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadır; kollektiv olaraq “Şərq tərəfdaşları” kimi tanınır.

Xorvatiyanın baş naziri Andrey Plenkoviç və Avropa Xalq Partiyasının sədri Donald Tusk sammitdə ərazi bütövlüyü və münaqişələrin həllini dəstəklədiklərni vurğulayıblar.

Plenkoviç bildirib: “Xorvatiya Aİ-yə yaxınlaşmaq istəyən bütün ölkələrin Avropa ambisiyalarına ciddi dəstək verməklə, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin daha da inkişafını dəstəkləyir. Hər bir Şərq Tərəfdaşlığı ölkəsinin suverenliyinə və ərazi bütövlüyünə ardıcıl hörmət və mübahisələrin sülh yolu ilə həlli, xüsusən bir sıra dondurulmuş münaqişələr kontekstində vacibdir”.

Tusk əlavə edib: “Beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində ərazi bütövlüyünə dəstəyimizi bir daha bildiririk. Rusiyanın təcavüzünü və Krımın ilhaqını, Rusiyanın Donbass, Cənubi Osetiya, Abxaziya və Dnestryanı ərazini işğal etməsini pisləyirik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini və əsas prinsipləri hərtərəfli dəstəklədiyimizi bir daha bəyan edirik”.

Son an Şərq Tərəfdaşlığının diqqətəlayiq bir tərəfini ortaya çıxardır: onun altı tərəfdaşından ikisi – ErmənistanAzərbaycan Dağlıq Qarabağda, BMT-nin bir neçə qətnaməsində Ermənistan tərəfindən işğal edilmiş, Azərbaycanın tərkib hissəsi kimi tanıdığı bölgədə on illərdir davam edən münaqişə aparır.

İki keçmiş sovet respublikası 1988-1994-cü illər arasında Dağlıq Qarabağ müharibəsi aparıb və nəticədə, 30 minə yaxın insan ölüb. Bu münaqişə zamanı Ermənistanın Azərbaycan ərazisinin beşdə birini işğal etməsindən sonra Azərbaycan bu gün dünyada ən böyük məcburi köçkün ordusundan birinə malikdir.

Dağlıq Qarabağın 4.400 kvadrat kilometr ərazisinin indiki əhalisinin 95 faizi etnik olaraq ermənidir. 1994-cü ilin mayında Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə edilməsinə və ATƏT-in Minsk Qrupunun (ABŞ, Rusiya və Fransa həmsədrlərdir) sülhü təmin etmək səylərinə baxmayaraq, təmas xəttində bu günə qədər gərginlik davam edir. “Aprel döyüşü” olaraq bilinən 2016-cı ildə dördgünlük şiddət sıçrayışı daxil olmaqla, ErmənistanAzərbaycan qüvvələri arasında toqquşma olub. Bu, Avrasiya bölgəsinin daha geniş geosiyasi əhəmiyyəti, Azərbaycanın həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkə olması və eyni zamanda, Avropa və Orta Asiyaya neft və qazın aparıcı ixracatçısı statusundan irəli gəlir.

İyunun 19-da Avropa Parlamenti Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Aİ-nin ərazi bütövlüyünə dair mövqeyini gücləndirib, 663 millət vəkilindən 507-si Aİ-nin ŞT ölkələrinin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə sadiqliyini bir daha təsdiqləyən qətnaməni dəstəkləyiblər.

Avropa Parlamentinin bu ümumi düşüncə prinsiplərini hədsiz dərəcədə dəstəkləməsi bu fikri doğurur: bəs ABŞ Konqresi niyə belə bir bəyanat verməkdən çəkinir, bəzi qanunvericilər isə əks fikirlər səsləndirirlər?

İyunun 23-də ABŞ Nümayəndələr Palatası Maliyyələşdirmə Komitəsinin virtual dinləmələri zamanı 30 konqresmenin 10-u, demokrat Bred Şerman başda olmaqla, Dağlıq Qarabağa ABŞ yardımını dəstəklədiyini bildirib. Palatadakı demokratlar İsrailin Qərb sahilindəki əraziləri ilhaq etmə planına açıq şəkildə qarşı çıxsalar da, onlar Dağlıq Qarabağ məsələsinə, Dövlət Departamentinin açıq şəkildə müstəqil ölkə kimi tanımadığı bölgəyə səssiz qalırlar. Dövlət Departamenti də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyir. Bununla birlikdə, Konqresdə demokrat millət vəkilləri Dağlıq Qarabağa dair deyil, Qərb Şəriyyə üçün beynəlxalq hüquqa istinadla dəlillər gətirməyə meyllidirlər.

Bu arada, pandemiya beynəlxalq birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin daha bir kor nöqtəni ortaya çıxarıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Mayk Pompeodan Azərbaycanın başçılığı ilə Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının COVID-19-a dair sessiyasının keçirilməsi təklifinə dəstək istəməsindən iki həftə sonra Ermənistan iclasa qarşı çıxıb. Onun BMT-dəki səfiri Mher Marqaryan BMT baş katibi Antonio Guterresə məktub yazıb ki, BMT üzvləri “böhranın həlli üçün onsuz da çox səy sərf edib”.

Marqaryan bildirib: “BMT-yə üzv dövlətlərinin mövcud müzakirə mübadiləsi platformaları və səlahiyyətli formatlarından bu məqsədlə ən yaxşı şəkildə istifadə etmələrini təmin etmək çox vacibdir”. Onun pandemiyaya cavab olaraq beynəlxalq əməkdaşlığa heyrətamiz müxalifliyini yalnız Ermənistanın Azərbaycanla münaqişə aparması ilə izah etmək olar. Əks təqdirdə, dünyanın ən böyük probleminin həllinə yönəlmiş təşəbbüslərə kvota qoymaya dair ağlabatan bir dəlil tapmaq mümkündürmü?

Bunun əksinə olaraq, Aİ-nin Şərq Tərəfdaşlığı açıq bir mesaj verib: münaqişə bölgələrində qanuna əsaslanan sülh səyləri COVID-19 həllinin vacib bir hissəsidir. ŞT-nin son sammitində Avropa Şurasının prezidenti Şarl Mişel bildirib ki, Aİ liderləri “ortaq dəyərlərimizə söykənən ortaq demokratiya, rifah və sabitlik, beynəlxalq nizam və beynəlxalq hüquqa söykənən ümumi bölgə naminə siyasi iradə irəli sürüblər”.

Sözsüz ki, sülh, birlik və həmrəylik yalnız pandemiyaya qarşı beynəlxalq təpkini artıracaq. Bununla belə, Ermənistan bu dəyərlərə virusla mübarizədə qlobal səylərə xələl kimi baxır. Eyni zamanda, ABŞ-dakı ermənipərəst lobbi Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun Madrid prinsiplərini rədd edir.

İndi ABŞ qanunvericilərinin Avropanın ərazi bütövlüyünə verdiyi dəstəyi əks etdirməyin vaxtıdır. Artıq ikiüzlülük qəbul edilməməlidir.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar