Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Ermənistanın Gəncə raket hücumu ilə bağlı bəyanat yayıb

Avropa İttifaqı (Aİ) Ermənistanın Gəncəyə raket zərbələri endirməsini pisləyib.

PİA.az-ın xəbərinə görə, bu barədə Aİ nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano bəyanat yayıb.

"Avropa İttifaqı oktyabrın 16-dan 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərinə endirilən zərbələr nəticəsində mülki insan tələfatı və insanların ağır yaralanmasından təəssüf hissi keçirir. Tərəflər mülki insanları və mülki obyektləri hədəf almağı dayandırılmalıdır.

Oktyabrın 10-da razılaşdırılan atəşkəsə təxirə salınmadan tam riayət edilməlidir", bəyanatda qeyd olunub.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Həlak olanlardan 3-ü uşaqdır.

Ermənistan ordusunun oktyabrın 10-da Gəncəyə raket hücumu nəticəsində isə 10 dinc sakin ölüb, 40-dan çox insan yaralanıb. Üç uşaq hər iki valideynini itirib.(APA)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar