Çərşənbə axşamı, 02 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ağsu sakini həmkəndlisini tüfənglə güllələyib

Yanvarın 20-də saat 14 radələrində Ağsu rayonu, Qaraqoyunlu kənd sakini Hacıyev Mürvət Zabit oğluna odlu silahdan açılan atəşlə çoxsaylı bədən xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağsu rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1968-ci il təvəllüdlü Hacıyev Qaya Seyidəhməd oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlayıb, müvafiq ekspertizalar təyin edilib. Qaya Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Ermənilər Qarabağdan imtina etdi" - Siyasi şərhçi

"Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır" - Sürücülərlə bağlı açıqlama

"Metro açılmayacaq, toylara da icazə verilməyəcək"- Deputat

Səfərbərlik xidməti açıqlama yaydı: Orduya yeni çağırış başlayıb?

YAP-ın yeni icra katibi kim olacaq? – “Bəzi çevrələrdə bir deputatın adını çəkməyə başlayıblar...”

Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb

Onik Qasparyanın qızı Paşinyanı "fərari" adlandırdı

“Yeni Azərbaycan Partiyası həmişə rüşvətxor məmur istehsalı ilə məşğul olub” - Hafiz Hacıyev

Əhməd Vəliyevin  "imperiya"sı çökür : "Muğan Bank" iflas ərəfəsində

Ən çox oxunanalar