Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağstafada törədilən qətlin təfərrüatları məlum olub - Yenilənib

Ağstafa rayonunda qətl hadisəsi baş verib...

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində baş verən qətlin təfərrüatları məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, gecə saatlarında kənd sakinləri olan, 28 yaşlı Tural Heydanov ilə 43 yaşlı Hürriyyət Şəmilov arasında şəxsi münasibətlər zəminində əlbəyağa dava olub.

Bu zaman T.Heydənov bıçağa əl ataraq H.Şəmilovu bıçaqlayıb.

O, ağır halda Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Münaqişə zamanı T.Heydənov da başından xəsarət aldığı bildirilir.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Saxlanılan Tural Heydanov müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Kənd sakini, 1991 ci il təvəllüdlü Heydərov Tural Misir oğlu sözügedən kənddə küçədə səs-küy salıb. Bu zaman kənd sakini olan 1977-ci il təvəllüdlü Şəmilov Hürriyyət Qavrel oğlu ona iradını bildirib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural Heydərov Hürriyyət Şəmilovun boğaz nahiyəsindən bıçaqla vuraraq onu qətlə yetirib.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi başlanılıb.

pia.az


Etiket: bıçaqlanma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar