Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub...
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ağstafa şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, 1992-ci il təvəllüdlü Şəmistan Hüseynov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az