Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağlamağın faydaları nələrdir?

Psixoloqlar izah edir

Ağlamaq insanın həm fiziki, həm də mənəvi durumu üçün faydalıdır. Adətən dərd, əzab çəkən insana "ağla, içini boşalt, rahatlaşacaqsan" deyirlər. Əslində, bu, çox düzgün fikirdir, ağlayan insan öz stressini, gərginliyini göz yaşı ilə çıxararaq, depressiyadan uzaq olur. Bəzi insanlar ağlamağın zəiflik olduğunu düşünür, amma bu, çox yanlışdır.

PİA.AZ Axar.az-a istinadən bildirir ki, psixoloq Gülnar Nağıyevanın sözlərinə görə, emosional, həssas və əsəbi insanlar daha çox ağlayırlar:

"Araşdırmalar nəticəsində müəyyən olunub ki, insan ağladığı zaman göz yaşları vasitəsi ilə orqanizmdə olan zərərli maddələr xaric olunur. Bu da stressi azaldır və insanı rahatlaşdırır. Bunun da sağlamlığa müsbət təsirləri var".

Türkiyəli psixoloq Ayça Soydemirin sözlərinə görə, gözyaşı əsəb və stress zamanı qatılaşan qanın durulmasına və gərginləşən ürək damarlarının açılmasına yaxşı təsir göstərir:

"Ağlayan insanlar digərləri ilə müqayisədə daha tez, daha rahat və daha çox yatırlar. Gərginlik, qorxu, kədər, stress kimi vəziyyətlərdə qan təzyiqi qalxan və ya düşən insanlar üçün ən yaxşı yol ağlamaqdır. Ağladıqdan sonra insanın təzyiqi normallaşır".

Tibb mütəxəssisləri ağlamağı fiziki və ruhi problemlərin ən optimal həlli yollarından sayır. Məsələn, yaxın adamını itirib bu kədərə ağlamayan insanı psixoterapevt ağlatmağa çalışarkən "Mən nəyə görə ağlamalıyam? Axı bu onu qaytarmayacaq" deyə cavab verən pasiyentə psixoterapevt belə cavab verir: "Bu sənə özünü qaytarmağa kömək edəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar