Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ağır yol qəzası keçmiş polis işçisinin həyatına son qoydu - Foto

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Vilvan kəndi ərazisində qeydə alınıb.

Astara rayonunun Maşğan kənd sakini, 30 yaşlı Rauf Əliyevin idarə etdiyi “Mercedes” markalı, 07 BX 184 dövlət nömrə nişanlı yük maşını Lənkəran rayonunun Osakücə kənd sakini, 66 yaşlı Şəmsəddin Babayevin idarə etdiyi “Vaz 2107” markalı, 07 BD 757 dövlət nömrə nişanlı maşınla toqquşub.

Toqquşmadan sonra idarəetməni itirərək işıq dirəyinə çırpılan “Vaz 2107”nin sürücüsü Ş.Babayev hadisə yerində ölüb.

Kənd sakinlərinin köməyilə sürücünün meyiti deformasiyaya uğramış avtomobilin içərisindən çıxarılıb və ailəsinə təhvil verilib.

Qeyd edək ki, qəza zamanı həlak olan Ş.Babayev təqaüddə olan polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

pia.az

Fotolar



Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: yol qəza

Şərh yazın.

loading...

Ən çox oxunanalar