Şənbə, 24 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Ağır xəsarət alan İlkin “Semaşko”da qaldı, suriyalılar özəl xəstəxanaya aparıldı

Xan Sarayında baş verən hadisədə ən ağır xəsarət alanlardan biri də “Qəbələ” klubunun əməkdaşı, jurnalist İlkin Məmmədovdur

O ən ağır xəsarət alan olsa da, suriyalı zərərçəkənlər özəl xəstəxanalara, İlkin isə “Semaşko”ya yerləşdirilib.

Bu barədə “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz “Facebook” ünvanında yazıb:

“İlkin son illərdə yetişən ən istedadlı gənclərdən biri olmaqla yanaşı əxlaqı, tərbiyəsiylə də hər kəsin rəğbətini qazanıb. İlkinlə yanaşı Bakıya helikopterdə gətirilən daha 3 nəfər (Suriya vətəndaşları) İlkinlə müqayisədə daha az xəsarət alsa da bugün özəl xəstəxanaya köçürülüb. Bəli, yanlış duymadınız yüngül zədə alan suriyalıları özəl xəstəxanaya aparıblar - ayağı 2 yerdən sınan, qabırğasında əzik (inşallah ki, sadəcə əzikdi), kəllə-beyin travması keçirən azərbaycanlını isə Semaşkoda saxlayıblar, bəlkə də taleyinə gedişatına!

Dünəndən tanıyan-tanımayan bütün media, TV hərkəs İlkinə dəstək olmağın yollarını axtarır. Həmkarlarından fərqli İlkini ziyarət etməyən, amma əvəzində görmədən-bilmədən İlkinə yüksək tibbi xidmət göstərildiyini yazıb "like" boxçasını dolduranlar yəqin məsələni diqqətdə saxlayarlar.

İlkin bu cəmiyyətə lazımlı insandır”.(yeni sabah)

pia.az

Etiket:

loading...