Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AGF-nin vitse-prezidenti: "Ölkə rəhbərliyinin təbriki idmançılara ən böyük dəyərdir"

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov deyib...

"Bu, güləşçilərimizin çıxış etdiyi bütün Avropa çempionatlarında ən uğurlu çıxış idi. Pəhləvanlarımız 6 - 2 qızıl və 4 bürünc medal olmaqla, komanda hesabında cüzi fərqlə Rusiyaya uduzdu".

"Təbii ki, gözləntilərimiz daha çox idi. Bu komandada Eldəniz Əzizli, Sabah Şəriəti vardı. Biz onların da yüksək nəticə göstərəcəklərinə ümid edirdik. Ancaq bu idmandır.

Bütün idman ictimaiyyətini qələbə münasibətilə təbrik edirəm. Diqqət və qayğıya görə isə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Ölkə başçısının və Mehriban xanımın təbriki yığma komandanı və məşqçilər korpusunun hər bir üzvünü sevindirdi. Düşünürəm ki, bu, idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir", - deyə o bildirib.

AGF-nin vitse-prezidenti gələcək yarışlardan da danışıb. Bildirib ki, qarşıda güləşçilərimizi 2 mötəbər yarış gözləyir: "Martın 19-da, 22-də və apreldə olimpiya təsnifat turnirlərinə hazırlıqlar davam etdiriləcək. Yığma komandada medalsız qalan idmançılar öz çıxışlarından nəticə çıxaracaqlar. Çalışacağıq ki, idmançılarımız 2020-ci il Tokio yay olimpiya oyunlarında nəzərdə tutulan lisenziyaları əldə etsinlər". (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar