Ağdaş rayonunda yanğın olub
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ümumi sahəsi 198 m² olan iki mərtəbəli altı otaqlı evin dam örtüyünün, ikinci mərtəbəsində iki otağın yanar konstruksiyaları və ev əşyaları 87 m² sahədə, birinci mərtəbəsində pilləkən qəfəsi 19 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
pia.az