Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdaş sakinləri “patı” ilə saxlanıldı - Foto, Video

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı, eləcə də çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı Ağdaş şəhər sakini Araz Cabbarov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 21 kiloqramdan artıq olan 22 ədəd çətənə kolu aşkarlanıb.

Həmçinin, davam etdirilən tədbirlərlə onun evində gizlətdiyi 118 qram heroin, qurudulmuş marixuana və “patı” kimi tanınan psixotrop maddə metamfetamin də qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən şəhər sakini Mahir Vəliyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub və faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar