Cümə axşamı, 26 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ağdamın keçmiş təmas xəttinin yanındakı kəndlərdə pambıq yığımı başlayıb

Ağdam rayonunda, keçmiş təmas xəttinin yanında yerləşən Mirəşelli kəndində pambıq yığımı həyata keçirilib.

“Report”un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin Fermer Koordinasiya Şurasının üzvü, pambıqçı Eldar Qasımovun sahəsində pambıq yığımı zamanı orta məhsuldarlıq 40 sentnerdən çox olub.

Fermer bildirib ki, Mirəşelli kəndinin əkin sahələri erməni silahlı birləşmələrinin mütəmadi atəşinə məruz qalsa da, kənd camaatı əkin prosesinin təqvim planına görə həyata keçirib. Sentyabrın 27-dən başlayan əks-həmlə əməliyyatları pambıq yığımı dövrünə təsadüf edib, mülki əhalinin, kənd təsərrüfatı texnikasının mütəmadi atəşə tutulması nəticəsində təmas xəttinə yaxın ərazilərdə yığımı həyata keçirmək çətinləşib. Noyabrın 10-dan Rusiya rəhbərliyinin təşəbbüsü ilə AzərbaycanErmənistan arasında münaqişənin nizamlanmasına dair anlaşma bəyanatı imzalandıqdan sonra Ağdam rayonunun atəş xəttinə yaxın ərazilərində pambıq yığımına start verilib: “Ötən il 47 sentner məhsul götürmüşdüm. Bu il məlum səbəblərdən yığım prosesi bir qədər ləngidi. Buna rəğmən ilk yığımda 40 sentnerdən çox məhsul götürmüşəm. İkinci yığımda bu göstərici daha da yüksələcək. Ordumuzun zəfəri sayəsində artıq təmas xətti anlayışı keçmişdə qaldı, növbəti ildən torpaqlarımızı daha rahat əkib-becərəcək, daha çox məhsul götürəcəyik. Kənd təsərrüfatına verdiyi dəstəyə görə, bu çətin günlərdə yanımızda olduğuna görə dövlətə, müvafiq qurumlara öz minnətdarlığımı bildirirəm”.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il pambıqçılıqda ölkə üzrə orta məhsuldarlıq göstəricisi çox yüksəkdir: “Fermerlərimiz bugünədək sahələrdən 310 min tona yaxın məhsul yığaraq qəbul məntəqlərinə təhvil veriblər. Ötən il pambıq mövsümünün yekununda 295 min ton məhsul yığılmışdı. Hazırda pambıq üzrə orta məhsuldarlıq 31 sentner təşkil edir. Pambıq əkini həyata keçirilmiş 21 rayondan 9-da orta məhsuldarlıq 30 sentneri keçib. Pambıq yığımı hələ davam edir, mövsümün yekununda Azərbaycan pambıqçılıq tarixində nadir qeydə alınan yüksək orta məhsuldarlıq göstəricisi əldə edəcəyimizi gözləyirik”.

Nazirlik rəsmisi bildirib ki, sentyabrın 27-dən başlayaraq erməni hərbi birləşmələrinin atəş xəttinə yaxın əraziləri mütəmadi atəşə tutması, mülki əhalini, aqrar infrastrukturu, kənd təsərrüfatı texnikasını hədəfə alması həmin ərazilərdə pambıq yığımını həyata keçirməkdə çətinliklər yaradıb: “Bu səbəblərdən ötən il yüksək məhsuldarlıq qeydə alınmış TərtərAğdam rayonlarında, Füzuli, AğcabədiBərdənin atəş xəttinə yaxın ərazilərində pambıq yığımını həyata keçirmək çətinləşmişdi. Bu rayonlar həm də pambıqçılıq ənənələrinə malik, hər il məhsuldarlıq göstəricilərini yeniləyən pambıqçılıq rayonlarımızdır. Noyabrın 10-dan sonra həm Ağdamda, həm Tərtərdə, həm də digər qeyd olunan ərazilərdə pambıq yığımına start verilib. Yığımın vaxtında başa çatması üçün bu rayonlara əlavə kənd təsərrüfatı texnikaları göndərilib. Bugünədək Ağdam rayonunda orta məhsuldarlıq 23,69 sentnerə çatıb, Tərtər rayonunda bu göstərici 23,89 sentnerdir. Mövsümün sonuna kimi hər iki rayonda orta məhsuldarlığın artaraq ötən ilki səviyyəyə çatmasını gözləyirik. AğdamTərtər rayonlarında pambıq sahələrində məhsulub bol olması bunu söyləməyə əsas verir”.

Qeyd edək ki, ölkə üzrə pambıq yığımı davam edir. Yığım prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.

pia.az 


Etiket: Pambıq


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər Zod qızıl yatağını verməmək üçün saxta sərhəd düzəltdilər

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...

Ermənilər Xankəndinə niyə qayıdır? - Maraqlı açıqlama

Ermənilərdə əsirlikdə olan hərbiçimiz Amin Musayev Azərbaycana qaytarılıb - Video

“Ananı azad edib, balanı həbsdə saxlamaq qələbə sevincinə kölgə salır” – İlyas İsmayılov

“Şuşa və Hadrutun geri qaytarılması mümkündür” – Erməni siyasətçi

Putin yanvarda xəstəliyinə görə istefaya gedəcək?..

“Türkiyə ordusu Qarabağa gəlir, Putin əvəzində...” – “Münaqişənin özü qalır, amma oradakı rollar dəyişir...”

Hikmət Hacıyev: "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil"

loading...

Ən çox oxunanalar