Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamın azad olunan ərazisində qolları məftillə bağlanmış skeletlər tapıldı

Ağdam rayonun işğaldan azad olunan ərazilərində insan skeletləri aşkarlanıb.

PİA.az xəbər verir ki, hadisə rayonun Uzundərə adalan ərazisində qeydə alınıb. Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlə aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

Skelet sahiblərinin paltarlı basdırıldığı müəyyən olunub. Hadisə şahidlərinin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

Hadisə yerinə baxış keçirən polis və prokurorluq orqanlarının əməkdaşları hər iki insan sümüyü qalıqlarını ekskumasiya edərək aidiyyatı üzrə tibbi ekspertizaya göndərib. Skeletlərin yaşı və kimliyi məhz araşdırma başa çatdıqdan sonra məlum olacaq.

Qeyd edək ki, Ağdam şəhəri və yeddi km yaxınlığındakı Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub. Bu ərazilər 27 il Ermənistan silahlı qüvvələrinin nəzarətində olub. Bu da o deməkdir ki, bu skeletlər girov düşmüş vətəndaşlara aid ola bilər. (APATV)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar