Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamda məktəb inventarlarının "oğurlanmasından" danışırlar...

Ağdam Rayon Təhsil Şöbəsi məktəblərin açılmasına necə hazırlaşır?..

Azərbaycanda pandemiya səbəbindən təqribən iki il bağlı qalan məktəblər üzümüzə gələn həftə açılacaq. Pandemiya şərtləri altında bütün ölkə məktəbləri də hazırda bu açılışa hazırlaşır. Əyani təhsilin nə əqədr davam edəcəyi bilinməsə də indi məktəblərdə təmir və təmizlik işlərinin ən qızğın vaxtıdır.

Ağdamdan aldığımız xəbərlərə görə isə rayonun bəzi məktəblərində şagirdlər ola bilsin ki, oturmağa şagird masası tapa bilməyəcəklər. Səbəb isə çox sadədir. Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə aid olan Ağdam RTŞ-nin məktəblərində invertarlar və məktəb ləvazimatları satılıb.
Bu barədə azmediainfo.org-a edilən şikayətə görə məktəblərin inventarlarını Ağdam Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Valeh Kərimov, ambardar Zaur Əliyev və onun köməkçidi Əlvan Rüstəmov satıblar və ümumi satılan ləvazimatların dəyəri 18804 mantdır.


Valeh Kərimov

Maraqlıdır ki, bu günlərdə Ağdam Təhsil Şöbəsinin ambardarı Zaur Əliyev polisə müraciət edərək 4500 manat dəyərində məktəb ləvazimatının oğurlanamsı ilə bağlı məlumat verilib. Hazırda bu "oğurluq" faktı ilə bağlı araşdırıma aparılmaqdadır. "Oğurlanan" məktəb əşyaları siyahısında 20 ədəd məngənə, 12 ədəd stul, 6 ədəd stol və digər inventarlar var. Hazırda isə Ağdamda hər kəs bu "oğurluq hadisəsindən" danışır.

Saytımıza ünvanlanan məktubda qeyd olunur ki, inventarların satılması hələ Ağdam RTŞ-nin müdiri Mətanət Misirxanovanın vaxtında başlayıb. Bildirilir ki, məktəb inventarlarının satılmasından Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin də xəbəri var və aparıcı mütəxəssisi Valeh Kərimov, ambardar Zaur Əliyev və onun köməkçidi Əlvan Rüstəmovun Mərkəzdəki havadarı işin üstünü ört-basdır eləməyə çalışır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar