Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamda bütöv bir qəsəbə karantinə alınıb? – TƏBİB-dən açıqlama

Ağdamda məcburi köçkün qəsəbəsi karantinə alınıb...

Oxu.Az xəbər verir ki, rayonun “Dörd yol – 2” qəsəbəsinə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı məlumatlar yayılıb.

İlkin informasiyalara görə, qəsəbənin karantinə alınmasına səbəb orada müvəqqəti məskunlaşan məcburi köçkünlər arasında koronavirusa yoluxmanın aşkarlanmasıdır.

Koronavirusa yoluxan qəsəbə sakinlərinin aidiyyəti üzrə xəstəxanaya yerləşdirildiyi, rayon polis şöbəsinin əməkdaşlarının isə ərazidə postlar quraraq qəsəbədə ciddi karantin rejimi tətbiq etdikləri iddia edilir.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, bu barədə dəqiq məlumatlar yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

"Müvafiq olaraq həftənin cümə günləri Operativ Qərargahın brifinqləri keçirilir və ölkədə koronavirus pandemiyası ilə bağlı son vəziyyət müzakirə olunur. Bu istiqamətdə olan məlumatlar da məhz orada səsləndirilir. Amma bütün hallarda əgər yoluxma haqqında xəbər varsa, deməli doğru ola bilər. Biz bu dəqiqə üçün bu məlumatı tam təsdiq edə bilmərik. Operativ Qərargah tərəfindən yoluxma sayına görə ehtiyac olduğu təqdirdə rayon və kəndlərin adları açıqlanacaqdır.

Amma ola bilər ki, yoluxma faktı ilə bağlı qəsəbə karantinə alınsın. Lakin bu, o demək deyil ki, bütün kənd və ya qəsəbə karantinə alınıb. Bu proses vətəndaşların təsvir etdiyi şəkildə aparılmır. Ola bilər ki, üç, beş, 15 yoluxma faktı aşkarlansın. Bu zaman yalnız o şəxslərin yaxın təmasda olduğu digər şəxslər müəyyənləşdirilir və onlardan test nümunələri götürülür. Test nümunələrinin cavabları açıqlanana qədər isə həmin şəxslərə ev izolyasiyası tətbiq edilir".

pia.az


Etiket: Ağdam karantin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar