Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planının hazırlanmsı üçün görüləcək işlər açıqlanıb

"Azad edilən ərazilərdə şəhərsalma planlarının həyata keçirilməsi üzrə işçi qrupun fəaliyyəti başlayıb".

"Report"un Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət Süleymanov bildirib.

Onun sözlərinə görə, əsasən, Ağdam, FüzuliŞuşa şəhərlərinin baş planları hazırlanıb təsdiq olunması prosesi həyata keçirilib:

"Həmçinin dövlət başçısının tapşırığına əsasən digər bir istiqamət işğaldan azad edilən ərazilərimizdə ermənilərin təbiətimizə vurduğu ziyanın aradan qaldırılmasıyla bağlıdır. Təbiətimizə erməni vandalları tərəfindən ciddi ziyan vurulub meşələrimiz məhv edilib. Bunula əlaqədər olaraq ekoloji məsələlərlə bağlı fəaliyyət göstərən işçi qrupu müəyyən işlər həyata keçirib. Ölkə başçısının ilk tapşırıqlarından biri də "Bəsitçay" Dövlət qoruğunun bərpa olunmasıdır. Bununla əlaqədar ölkə başçısı müvafiq sərəncam imzalayıb. Həmçinin 2022 - 2026 - cı illəri əhatə edən işğaldan azad olunmuş ərazilərdə meşə bərpa tədbirlərini nəzərdə tutan, tədbirlər planı artıq təsdiq olunub. Bu tədbirlər planına əsasən Qarabağ İqtisadi Rayonu və Şərqi Zəngəzur İqtisadi zonaları ərazisində 30 min hektar ərazini əhatə edən meşələrin bərpası nəzərdə tutulur."

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar