Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağciyər İnstitutunda ard-arda baş verən ölümlərin əsl səbəbi nədir?- bərbad yemək, kəskin qoxulu palatalar, yoxsa...

Bir neçə gündür Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınan ölüm faktları cəmiyyətdə ciddi narahatlığa səbəb olub...

Xəstəxana barədə səsləndirilən bir sıra faktlar öz əsasını tapmasa da, ötən gün xəstəxananın baş həkimi İman Rzayevin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim reanimatoloq olmaması barədə açıqlaması isə ciddi ajiotaj yaradıb.

Hər kəsi maraqlandıran əsas sual Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim yoxdursa, xəstələrə kim baxır? Orada nə baş verir?

PİA.az xəbər verir ki, Oxu.Az məsələni yerində öyrənmək üçün bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda olub. Təəssüf ki, xəstəxananın həyətinə daxil olsaq da, qəbul şöbəsinə daxil olmağa icazə verilməyib.

Xəstəxana binasının kənardan görünüşü o qədər ürəkaçan olmasa da, xəstələrin bir qisminin dediyinə görə, bəzi xəstəxanalardan yaxşı vəziyyətdədir.

Xəstəxanada isti su yoxdur

Xəstəxananın həyətində rastlaşdığımız xanım bildirdi ki, artıq bir ildən çoxdur oğlu burada müalicə alır. O deyir ki, həkimlərdən narazı olmasa da, palataların vəziyyəti yaxşı deyil:

“Xəstəxanada isti su yoxdur. Soyuq su isə fasilələrlə olur. Oğlum burada müalicəsini davam etdirir. Bir il əvvəl müalicə almışdı. Yenidən həkimə müraciət etmişik. Həkimin müalicəsindən çox razıyam. Amma xəstəxananın otaqlarında səliqəsizlik baş alıb-gedir. Xəstələrə verilən yeməklərdən isə danışmağa dəyməz, keyfiyyəti çox aşağıdır”.

Başqa bir xəstənin dediyinə görə, onu müalicə edən həkim artıq burada işləmir:

“Ötən il burada müalicə almışam. Həkimim sayəsində vəziyyətim yaxşıdır. Amma təəssüf ki, məni müalicə edən həkim artıq burada işləmir, Moskvaya gedib. Bu gün yenidən yoxlanışa gəldim, həkim tapa bilmədim. Palataların vəziyyəti yaxşı deyil. Otaqlardan kəskin qoxular gəlir”.

Xəstəxanada olarkən, daha bir təəccüblü məlumat eşitdik. Deyilənə görə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) rəhbərliyi tərəfindən xəstəxanada monitorinq keçirilib. Nəticədə isə şöbələrdən istifadə müddəti keçmiş dərmanlar aşkar olunub.

Bu informasiyanın nə qədər həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün TƏBİB-ə sorğu göndərdik. Sorğumuza cavab olaraq bildirildi ki, agentlik rəhbərliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna getməsi doğrudur:

“Rəhbərlik nümayəndələri xəstəxanada olub. Lakin istifadə müddəti bitmiş dərmanların aşkarlanması ilə bağlı yayılan məlumat yanlışdır”.

Xəstəxanada isti su var.

Bütün bu iddialara cavab verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi İman Rzayev bildirib ki, xəstəxanada isti suyun olmadığına dair iddialar əsassızdır:

“Xəstəxanada Ariston quraşdırılıb. İsti suyun olmamasından söhbət gedə bilməz. Dərmanlarla bağlı məsələ isə ümumiyyətlə, reallıqdan kənardır. Xəstəxanada köhnə dərmanların nə işi var? Bizim barəmizdə bu cür qeyri-dəqiq informasiyalar yayan şəxs və ya şəxslər bunu qərəzli şəkildə edirlər”.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar