Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağalarovlar iflas edir? - Bizneslərinin xilası üçün böyük kreditlər götürdülər...

“Crocus Group” şirkətinin sahibi və prezidenti Araz Ağalarov və oğlu, qrupun birinci vitse-prezidenti Emin Ağalarova şirkətin maliyyə öhdəliklərinin öhdəsindən gəlmək üçün şəxsi kreditlər götürmək məcburiyyətində qalıblar.

Virtualaz.org bildirir ki, bunu RBK telekanalına müsahibəsində Emin Ağalarov deyib.

"Biz bütün şirkətlər qrupunun sahibi olan atam Araz Ağalarovla şəxsi kreditlər götürmüşük, o daha böyük məbləğdə kredit götürüb", — deyə Emin bildirib.

O dəqiqləşdirib ki, onlar rubl və dollarla kreditləri fərdi fiziki şəxlər kimi götürüblər. E.Ağalarov bildirib ki, özü üçün kredit almağın səbəblərindən biri bankların indi müəssisələrə borc vermək istəməməsidir. İş adamı, kreditlərin ilk növbədə “Sberbank” qarşısında öhdəliklərin öhdəsindən gəlmək və pulun artıq yatırıldığı layihələri başa çatdırmaq üçün lazım olduğunu açıqlayıb.

E.Ağalarov alınan kreditlərin miqdarını açıqlamayıb, ancaq şirkətə məxsus üç “Vegas” ticarət mərkəzinin hər biri üçün 300 milyon dollardan çox borc götürüldüyünü bildirib. RBK, Ağalarovlar tərəfindən alınan kreditlərin məbləği ilə bağlı “Crocus Group”a sorğu göndərib.

Ötən il “Crocus Group” Kaşirsk şosesindəki “Vegas” ticarət mərkəzinin rekonstruksiyasına başlayıb və Agalarov qrupun “gec-tez bütün üç mərkəzdə dəyişikliklər etməyi, onlarda əyləncə payını artırmağı planlaşdırdığını” bildirib. Onun sözlərinə görə, ticarət mərkəzləri əyləncə platformalarına çevrilməlidir. Rekonsepsiyaların dəyəri obyektlərin sahəsindən asılı olacaq və hər bir ticarət mərkəzi üçün təxminən 10-20 milyon dollar təşkil edəcək.

Emin Ağalarov onu da vurğulayıb ki, şirkət üçün ən ağır dövr arxada qalıb:

“İşləmədikdə və hər şey bağlandıqda, biz prinsip etibarilə məhkum olunmuşduq, söhbət günlərdən gedirdi; indi biz artıq açıldığımız zaman hər şeyin sabit işləmədiyini, hər şeyin müsbət işarəsi ilə getmədiyini başa düşürük, amma hər halda fəaliyyət göstəririk və bu bizə heç olmasa müəyyən imkanlar verir. Şirkət fəal işləməyə davam edir, çünki “əgər avarları qoyub axınla üzəcəksənsə, perspektiv ehtimalı azdır”. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar