Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağacan Abıyevdən Əhəd Abıyevə: "İdmanın adını batırmayın!"

Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rinqə çıxmasına etiraz edib...

Deputat Demokrat.az-a açıqlamasında bildirib ki, boks peşəkarlar adamların məşğul olduğu idman sahəsidir:

"Əgər Əhəd Abıyev rinqə çıxıbsa, bu, doğru hərəkət deyil. Boks peşəkarların məşğul olduğu idman növüdür. İdmanın adını batırmayın. Yoldaşlıq görüşü futbolda, valeybolda olar, boksda yoldaşlıq görüşü olmaz. Axı onlar boksçu deyil, rinqə çıxan adamı haradan tapırlar? Onlar çox nahaq yerə rinqə çıxırlar. İdmançı idmançı ilə yarışa çıxar. Kiminsə idman adından istifadə edib rinqə çıxması düzgün deyil. Boksdan savayı idmanın digər növlərində yarışlara çıxmaq mümkündür. Ancaq bu, boks idman növü üçün keçərli deyil. Ümumiyyətlə, həkim icazəsi olmadan rinqə çıxmaq doğru deyil. Həkimin də ixtiyarı yoxdur ki, belə yarışlara icazə versin".

Xatırladaq ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev dəfələrlə rəhbərlik etdiyi rayonda rinqə çıxaraq, boks bacarığını nümayiş etdirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar