Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Evdə vəziyyət gərginləşir: Bolton gedərkən hansı qüvvələri özü ilə apardı?..

Boltonu vəzifəsindən uzaqlaşdıran Rotşild ailəsi idi. Dünyadakı bir çox qüvvələr kimi, Trampın kürəkəni Kaşner də Rotşild ailəsi ilə yaxın əlaqədədir...

Ergün DİLER,
“Takvim” qəzeti, Türkiyə,12 sentyabr 2019-cu il

Daxildə gedən məsələlər kənardan bu şəkildə görünür: ABŞ-ın Suriyadakı planı, Şərqi Aralıq dənizindəki maraqlarımız, yeni partiya quruculuğu, İmamoğlu, Babacan, Davudoğlu və Trampın həmlələri…

Daxildəki prosesləri hər zaman kənardakı güclər idarə edir. Türkiyəyə təsir edə bilən qüvvələr indi də öz daxilində mübarizə aparır. Bunun ən bariz nümunəsi Ağ Evdir. Prezident Trampın 2016-cı ildən bəri yaşadığı bu saray bu vaxta qədər heç belə hərəkətli olmayıb.

Əlbəttə ki, məsələ Con Boltonla bağlıdır. Çünki son dönəmdə bütün proses onun ətrafında baş verir. Ağ Evi yaxşı tanıyanlar düşünür ki, bu çəkişməyə artıq heç kim son qoya bilməz. Ağ Evin sabiq Milli Təhlükəsizlik müşaviri Con Bolton Amerika silah lobbisinin dəstəyi sayəsində vəzifəyə gəlmişdi. Bolton silah lobbisinə, yəni katoliklərə yaxın olduğu qədər, Rotşild ailəsi ilə üz-üzə duran dərin yəhudilərə də yaxındır.

Boltonu vəzifəsindən uzaqlaşdıran Rotşild ailəsi idi. Dünyadakı bir çox qüvvələr kimi, Trampın kürəkəni Kaşner də Rotşild ailəsi ilə yaxın əlaqədədir. Lakin unutmayaq ki, illər əvvəl “Phoenix”-də Kaşnerlə görüşən Avi Berovits də Ağ Evdəki ən önəmli adamlardan biridir.

Dünyanın ən güclü adamlarından biri hesab edilən Stiv Bennonun Ağ Evdən uzaqlaşdırılmasına Kaşnerin köməkçisi Avi Berkovits səbəb olmuşdu. 30 yaşında olmasına rəğmən, bu gün Ağ Evdə Kaşnerdən və Trampdan daha hörmətli olan Avi Berkovits 5 maddə ilə Boltonu aradan götürdü.

İran, Rusiya, Venesuela, Türkiyə və Əfqanıstan məsələlərində Boltonun prezident Trampa verdiyi brifinqləri ortaya çıxaran Berkovits qeyd edib ki, onun 5 ölkə ilə bağlı irəli sürdüyü proqnozlar tamamilə uğursuz olub. Buna görə də, Tramp Boltonu işdən qovub.

Əslində, Bolton 5 ölkə üçün də güclü layihələr hazırlamışdı. Həmin ölkələrdəki ABŞ əleyhinə olan davranışlara qarşı hərbi əməliyyat da hazırlamışdı. Üstəlik, bu təkliflər, şübhəsiz, Pentaqonun da lehinə olacaqdı. Lakin Boltonu göndərdilər. Çünki Rotşild ailəsi bir az daha zaman itirsə, o, İsraildə belə sözə baxmayacaqdı. Buna görə də, Bolton artıq yoxdur.

Pentaqonun Orta Şərq üzrə müşaviri olmuş Jasmin əl-Qamal iddia edir ki, Berkovits istefa verən ABŞ-ın Orta Şərq üzrə müşaviri Ceyson Qrinbletin yerinə keçə bilər. Bu vəziyyətin Amerika siyasətləri üçün böyük təhlükə olduğunu deyən Jasmin əl-Qamal Ağ Evdə də gərginliyin artdığını qeyd edir.

Yaxın Şərqi və İsraili yaxşı tanıyan sabiq ABŞ səfiri Deniel Kurtzer də düşünür ki, Berkovits Pentaqonda böyük narahatlığa səbəb olub və binadakı durum daha da təcili hala gəlib. Keçmişdə Vaşinqton divarları qızışan kimi tezliklə Avropa ya da Orta Şərq müharibə meydanına çevrilirdi. İndi də belədir.

Tramp Pentaqonla açıq şəkildə qarşı-qarşıya durmaq istəmir. Açıqlamaları da niyyətinin belə olduğunu göstərir. Lakin Boltonu vəzifəsindən uzaqlaşdırmaq çox çətin idi. Bolton hər nə qədər güclü olsa da, Tramp onu vəzifəsindən uzaqlaşdırdı.

Bundan sonra isə Boltonun Pentaqona gedib Baş Qərargah rəisi general Danfordun köməkçiləri ilə görüşdüyü ortaya çıxıb. Milli Kəşfiyyat sədri Den Koats da Boltonun evinə gedərək ona dəstək olub. Den Koats dərin Amerikanın önəmli simalarından biridir. Yəni onun Boltona verdiyi dəstək çox önəmlidir.

Bolton Ağ Evdən uzaqlaşdırılmış olsa da, hələ də arxasında önəmli qüvvələr var. Həmçinin, Den Koats da hər nə qədər Trampla dava eləmiş olsa da, və ya vəzifədən getmiş olsa belə, hələ də çox güclüdür. Məlumdur ki, Bolton Trampa, Kaşnerə və Avi Berkovitsə qarşı olduqca qəzəblidir.

İndi Pentaqon, böyük ehtimalla, Kaşner, Tramp və Berkovitsə qarşı bir addım atacaq. Çünki Ağ Ev Pentaqondan qopmağa başlayıb. Tamamilə zidd şəkildə hərəkət edən Ağ Ev Pentaqon üçün böyük risk daşıyır.

İran Boltonu vəzifədən uzaqlaşdırılmasına, yəqin ki, sevinir. Lakin Boltonun yerinə təyin olunan Çarli Kapermen də İrana qarşı çox məsafəlidir.

Yəni işlər xeyli qarışıqdır. İçində Türkiyənin də olduğu bölgə asanlıqla sakitləşməyəcək. YPG-nin ya da ABŞ-ın qurduğu kürd ordusundan lazım gəldikdə İran üçün də istifadə ediləcək. Rotşild ailəsi ilə Pentaqon bu məsələdə sərt rəqabət aparır.

Ağ Evdəki dava barədə uzun müddətdir ki, yazıram. Pentaqona təslim olmayan bir lider var. Qarşıda da əmrlərinə əməl edilməsini istəyən silah lobbisi və Pentaqon var. Bolton önəmli yəhudi ailələrini və Pentaqonu da yanına alıb getdi. Çünki onlar Rotşild ailəsini daxildən mühasirəyə alacaqdılar. İndi Pentaqonun bu halda nələr edəcəyini görəcəyik. Hətta, ola bilər ki, daxildəki bəzi siyasilər öz rollarını və missiyalarını bilməzlər. Bu da təbiidir. Hər yerdə olduğu kimi, burada da mübarizə səngiməyəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar