Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ evdə müzakirə: Suriyadan çəkilməli, yoxsa qalmalı?

Trampın “Yaxında Suriyadan çəkilirik” açıqlaması Vaşinqtonda eşidilincə, bütün hakimiyyət strukturlarında “Nə baş verir, nə çəkilməsi” müzakirəsi və çaşqınlığı yaşanıb


Müxtəlif qurumlardan, xüsusilə Pentaqondan bunun olmayacağı mesajını alan prezident Tramp, “Olacaq, həm də 48 saat içində” deyərək, reaksiya verib.

Önəmli qurumların rəhbərləri və müşavirləri ortaq mövqe tutaraq, “Müəyyən şərtlər təmin olduqda, bəlkə qısa müddətdə bir əsgər çəkmə ola bilər, amma bunu 48 saat içində etmək bu günə qədər sahədə əldə edilən hər şeyin çökməsi, itirilməsi mənasına gələr” deyərək, Trampı o qədər tələsik davranmaması üçün razı salmağı bacarmışlar.

Müzakirə bitməyib, daha da sərtləşir

Suriyadan əsgər çəkilməsinə qarşı olan qurumlar, Trampın istədiyi kimi, bunun 48 saat içində olmasını əngəlləsələr də, hakimiyyətin bütün strukturlarında başlayan Suriya müzakirəsi hələ bitməyib, əksinə daha da intensivləşib.

Müdafiə naziri Mettis, Suriyadan əsgərlərin qısa müddətdə geri çəkildiyi təqdirdə, İŞİD-in yenidən canlanması anlamına gələcək “İSİS 2.0” dövrünün (İŞİD-in ikinci dövrü – tərc.) başlayacağını söyləyir.

Milli təhlükəsizlik müşaviri Con Bolton isə, ümumiyyətlə, Trampın “Problemləri uzaqdan bombalayaraq həll edək” ideologiyasına inansa da, əsgərlərin indi geri çəkildiyi təqdirdə İranın Beyruta qədər uzanacaq quru dəhlizi layihəsinin həyata keçiriləcəyini və İsrailin böyük təhdid altında qalacağını söyləyərək, çəkilməyə qarşı çıxır.

Senat üzündən indilik Pompeonun başına keçməsi xeyli şübhəli görünən xarici işlər bürokratiyası da əgər Trampın istədiyi kimi geri çəkilərsə və YPG qorumasız buraxılarsa, ABŞ-ın qlobal nüfuzunun və sözünə etibarın böyük bir zərbə yeyəcəyini, bundan sonra dünyanın heç bir yerində onlar üçün döyüşəcək yerli güc tapa bilməyəcəklərini söyləyərək, Suriyada qalmağı müdafiə edir.

Gina Haspelin təyinatı hələ ki, rəsmiləşməyib, amma Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) də Şimali Suriyada, Fəratın şərqində ABŞ-ın nəzarətində olan bir torpaq olmasının gələcəkdə İrana və İran tərəfdarı olan milislərə qarşı alınacaq tədbirlər baxımından həyati önəmdə olduğu görüşündədir.

Tramp geri çəkilməyi nə üçün istəyir?

Yaxşı, bütün qurumlar qarşıdırsa, Tramp geri çəkilmə məsələsində nə üçün israr edir? Mütəxəssis dostlarımızla birlikdə Trampın verdiyi açıqlamaları təhlil etdikdə əslində onun belə bir Amerika xəyal etdiyinə qərar verdik.

Tramp, əslində, problemlərinin həllinin olmadığına inadığı Əfqanıstan və Suriya kimi ölkələrdə ABŞ əsgərinin həyatını riskə atmaq və oralara boş yerə pul axıtmaq istəmir. Əsgərlərini ölkə sərhədləri daxilinə çəkəcək və onları Meksika sərhədinə qurmaq istədiyi divara bənzər xəyali bir divarla mühasirəyə aldığı ölkəsi daxilində saxlayacaq.

Bu arada, Trampın bu xəyalını sabiq baş strateqi Stiv Bennonun da dəstəklədiyini söyləməliyəm. Bu durum ABŞ-ın təcridçi olması və təkbaşına yaşaması mənasına da gəlmir. Bu geri çəkilmədən sonra ABŞ, öz milli təhlükəsizlik maraqlarına əks olan davranışlar gördüyü regionlara yönəlik həyata keçirəcəyi yüksək texnologiyaya söykənən bombalamalarla və buna dəstək olaraq MKİ-nin rəhbərliyinə gətiriləcək Gina Haspelin mütəxəssis olduğu gizli əməliyyatlarla istədiyi nəticələri alacaq.

İraqda olanları xatırlayın”

Prezident Tramp belə bir Amerika xəyal edə bilər, amma buna qarşı olanlar da öz müqavimətlərini davam etdirirlər. Suriya bombalandıqdan sonra Tramp, “Vəzifə uğurla başa çatmışdır” deyərək, bir “tweet” atdı… Bunu öz görüşlərini dəstəkləmək üçün istifadə edən qurumlar eyni şüarın İraqdan zamansız geri çəkilən Buş tərəfindən də istifadə edildiyini xatırlayırlar. Onlar İraqda və regionda sonradan yaşanan bütün problemlərə o erkən geriçəkilmənin səbəb olduğunu xatırladaraq, bu dəfə də Suriyadan erkən geriçəkilmə olarsa, daha böyük problemlərin ortaya çıxacağını vurğulayırlar.

Tramp, “Belə deyiləcəyini bilə-bilə o şüardan istifadə etdim” desə də, bu müzakirənin sonunda prezident istəsə də, erkən əsgər geriçəkməsi olacağına Vaşinqtonda şübhə ilə yanaşılır.

Sərdar Turqut

“Habertürk”, Türkiyə, 18 aprel 2018-ci il

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar