Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev 2020-ci ilin büdcəsini açıqladı – 4.7 trilyon dollar

Tramp hərbi xərcləri 5 faiz artırmağı təklif edir

Ağ Ev bazar ertəsi 2020-ci il üçün 4.7 trilyon dollarlıq büdcəni açıqlayıb. Buna prezidentin qeyri-qanuni immiqrasiyanın qarşısını almaq məqsədilə ABŞ-Meksika sərhədində divarın inşası üçün tələb etdiyi 8.6 milyard dollar da daxildir.

PİA.AZ “Amerikanın səsi”nə istinadən bildirir ki, Trampın büdcə layihəsində Pentaqonun büdcəsinə 5 faizlik artıma, qeyri-hərbi xərclərin isə 5 faiz azaldılmasına çağırılır ki, bu da yaşlı amerikalıları sağlamlıq sığortası və pensiya ilə təmin edən populyar proqramlara ayırılan büdcənin kəsilməsi deməkdir.

İdarəetmə və Büdcə İdarəsinin müvəqqəti direktoru Ras Vout deyib ki, Trampın büdcə planı maliyyə məsələləri üzrə məsuliyyəti əks etdirir.

“Biz demək istəyirik ki, biz ölkənin təhlükəsizliyini artırmağa davam etməliyik. Biz sərhəddə təhlükəsizliyi gücləndirməyə davam etməliyik” , o deyib.

Senatın Demokrat partiyasının lideri Çak Şumer Trampın təklifini “biyabırçı büdcə” və “orta sinfin qarnına yumruq” adlandırıb.

O və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftə yaydıqları bəyanatda deyib ki, prezidentin bahalı və effektiv olmayan divarı inşa edə bilmək üçün tələsik höküməti bağlaması genişmiqyaslı hərc-mərclik yaratdı”.

Konqres divarın inşası üçün maliyyə ayırmağı rədd edib və nəticədə Tramp məğlubiyyətini qəbul edib, höküməti yenidən açmağa məcbur olub. Hər iki yüksək vəzifəli demokrat deyir ki, əgər “o buna yenidən cəhd etsə” eyni şeylər baş verəcək.

pia.az


Etiket: Ağ Ev büdcə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar