Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrika mübarizəsi və ya Liviyada nə baş verir?

Liviyada baş verənlər qlobal geosiyasi oyunun bir hissəsi olmaqla yanaşı, Yaxın Şərqə xas olan siyasi və sosial konfiqurasiya ilə bağlıdır

Yaxın vaxtlar ərzində Tripolidəki mərkəzi hakimiyyət uğrunda regional və beynəlxalq güclər arasında mübarizə qızışacaq. Eyni zamanda bir- birinə kəskin şəkildə zidd olan qruplar arasında savaş daha da dərinləşəcək.

Unutmaq olmaz kı, Liviya Yaxın Şərq və Şimali Afrika dövlətlərinin bir çoxu kimi, faktiki olaraq, feodalizmin son dövrünü yaşayan, daxildə müxtəlif soyadların, klanların, regionların bir - biri ilə daima mübarizə apardıqları və aparacaqları bir ölkədir.

Bu gün, Liviyada Haftarlar , sabah isə, digərləri hakimiyyət uğrunda qanlı savaşa başlayacaqlar. Ora, Yaxın Şərqin müsəlman cəmiyyətidir. Bəs, indiki vətəndaş müharibəsində dünya gücləri nəyi istəyir?

Amerika və Rusiyanın Liviya ilə bağlı addımları Vaşinqtonda və Moskvada hakimiyyətdə kimin olmasından asılı olmayaraq uzunmüddətlli strateji siyasətdirsə, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Misir kimi dövlətlər üçün, Liviya, siyasi hakimiyyətlərin strateji xarici siyasət fəlsəfəsi ilə bağlıdır. Məsələn, Türkiyə və Qətər "Müsəlman qardaşları" və onlara yaxın olan qrupları dəstəkləməklə bölgədə zəncirvari halqa qurmaq istəyirlər. Açığı, ABŞ tərəfindən əsası qoyulan regiondakı bütün rəngli inqilablardan sonra sağçı dindarların hakimiyyətə gəlişlərinin, lakin, tez bir zamanda hərbçilər tərəfindən çevriliş nəticəsində yuxarı kürsüdən uzaqlaşdırıldıqlarının şahidi olduq.Bu, nədən xəbər verir? ABŞın Dövlət Departamenti, təhlükəsizlik institutları və beyin mərkəzlərinin Yaxın Şərqlə bağlı planlarında- rəngli inqilablardan sonra hakimiyyətə "dindar"ların gəlişi nəzərdə tutulmuşdur. Çünki, uzun müddət daha çox mərkəzçi avtoritar siyasi rejimlərin hökm sürdüyü cəmiyyətləri ya milliyətçilik, ya da islam faktoru ilə cəlb etmək olar. Millətçilik daha çox XX əsrin ortalarına xas olan və o dövr üçün uğurlu vurğu idisə, bugün Qərb üçün, bu, İslamdır. Lakin, "dindar" partiyaların hakimiyyətə gəlməsi dərin dövlət -- hərbçilər olan cəmiyyətlərdə heç də hamı tərəfindən müsbət qarşılanmır. Həmin "dərin dövlətlər" hərbi çevriliş ilə hakimiyyəti öz əllərində saxlayırlar. Səudiyyə Ərəbistanı, BƏƏ və bir neçə xırda ərəb dövlətini çıxmaq şərti ilə ( səbəb, bu siyahıdakıların tarixi dövlətçilik təcrübəsinin olmaması, indiyə gəlib çatmış sosial konfiqurasiya ilə bağlıdır).

Liviyada nəyin savaşı gedir? Neftin və ya....?

Baxmayaq kı, Liviya uğrunda mübarizənin, Qəddafinin devrilməsinin əsas səbəbi kimi neft faktorunu deyənlər də az deyil, bu, belə deyil. Liviyada Qəddafinin devrilməsini surətləndirən bir neçə səbəb var idi :

1. Qəddafi tərəfindən səhra su layihəsi.
2. Qəddafi ilə Sarkozi arasında olan "maliyələşdirilmə" məsələsi.
3. Yaxın Şərqin formalaşmaqda olan yeni siyasi mənzərəsinə Qəddafinin uyğun gəlməməsi. ( silsilə rəngli inqilablar).
4.2011 ci ildə Liviyanın 143 ton təkcə qızılı var idi. Bəs, indi qızıllar hardadır? ( əvəzində, NATO nun bombardmanı nəticəsində ölkəyə dəymiş zərər 14 milyardı ötmüşdür.)

Enerji resurslarına gəldikdə isə, ölkənin enerji resurslarının 84% dan çoxu məhz Avropaya istiqamətlənmişdir (tankerlərlə).

Yeri gəlmişkən, Avropa İttifaqının Şimali Afrika ölkələri ilə bağlı tərəfdaşlıq proqramına əsasən bölgədə demokratiya və insan haqları ilə bağlı məsələlər prioritet təşkil edir. Liviya yeganə Şimali Afrika ölkəsi idi ki, bu proqrama de yure qoşulmamışdı.

Liviya barəsində Avropada İtaliya və Fransa arasında da fikir ayrılıqları var. İtaliya üçün Liviya Afrikadan qaçan qaçqınlar və miqranatlarla bağlı bir sədddirsə , Fransa üçün, Liviya maliyə resurslarıdır.

RusiyaABŞ Lİviya uğrunda...

Moskva tərəfindən təhlükəsizlik və xarici siyasət konsepsiyasının, yeni, 2016 ci il hədəflərinə görə, Yaxın Şərq və Mərkəzi,Şimali Afrika Rusiyanın çoxqütblü dünya uğrunda apardığı savaşda önəmlidirlər. Son 3 il ərzində Rusiyanın Yaxın Şərqdə attıqları addımlar və qazandığı uğurlar bunlardı:

1.Krımın ilhaqı və Türkiyə ilə münasibətlərin tarixdə ilk dəfə olaraq ( Lenin - Atatürk arasında olan münasibətlər daha qısamüddətli idi) bu qədər yaxınlaşmışlar. Nəticədə, bu gün rus hərbi gəmiləri Bosfor və Dardanel boğazlarını maneəsiz keçərək Aralıq dənizində mühüm hərbi qüvvəyə çevrilmişlər.

2. Suriyada və Liviyada rus hərbi bazaları. Misirin tarixdə ilk dəfə olaraq Kremlin yanında olması!

Rusiya yaxşı başa düşür ki, Aralıq dənizi sahilləri ABŞ, NATO - Rusiya arasında yarışma vaxtı - çox vacibdirlər. Əgər Suriyanı itirmək Yaxın Şərqi itirmək idisə, Liviyanı itirmək Afrikadan çıxmaq demək idi. Liviyaya sahib olmaa isə, NATO ölkələrinə cənubdan raketləri tuşlamaq deməkdir. 2011 ci ildə Moskva və Pekinin Qəddafi ilə məsələdə bitərəf qalmaları - onların aldadılması ilə bağlı idi. Hətta, Medvedev həmin vaxt Qəddafi hakimiyyətinin qeyri - legitim olduğu ilə bağlı çıxış da etmişdi. Hakimiyyət dəyişikliyindən sonra hərbi və iqtisadi gücün ( təbii ki, əsas məsələ geosiyasi maraqlar idi) itirildiyini görən Rusiya tez bir zamanda Liviyada özünə müttəfiq axtarışına çıxdı. Marşal Haftarın da maliyə və siyasi dəstək axtarışı Haftar- Misir- Rusiya - Səudiyyə dördbucağını yaratdı. Burada Putin və Sisi hökuməti arasında bağlı qapılar arxasında olan anlaşmaları daxil etsək, görərik ki, birinci, həm də, artıq Misiri öz çətiri altına almışdır. Rusiya və Misir arasında hərbi anlaşmalar, Rus hərbçi qrupların Misirdə görünmələri, Qahirənin son illərdə Səudiyyəyə verdiyi Yəməndəki dəstəkdən imtina etməsi.

Sonda onu qeyd etmək istərdim ki, siyasi proseslər olduqca dinamikdir. Bu gün mövcud olan vəziyyət o demək deyil ki, sabah da, eyni olaraq qalacaq. Lakin, hər bir halda, dünya lider dövlətlərinin uzunmüddətli geosiyasi strategiyaların mövcudluğu gələcək ilə bağlı dəyərləndirmələr aparmağa imkan verir.

Zaur Məmmədov - Bakı Politoloqlar Klubu

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar