Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Afrika baharı”ndan İstanbul seçkilərinə qədər...

Adamlar ayaq izlərimizin üstünə basaraq gəlirlər. Hər kəsin bunu görməsi şərtdir. Sən işini qış tut, yaz çıxarsa bəxtinə...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 9 aprel 2019-cu il

Hər kəs kimi, biz də İstanbulda keçirilən bələdiyyə seçkisinin nəticələrinin necə elan ediləcəyini gözləyirik. Səslərin sayılması ilə bağlı etirazlar isə hələ də davam edir. Bütün rayonlardakı səslərin yenidən sayılması tələb edilir. Məlumdur ki, İstanbul biz və dünya üçün “olmazsa, olmaz” səviyyəsindədir.

Unutmayın ki, Ayasofya məscidindən yüksələn azan səsini eşitməyən yoxdur.

İstanbul Xaçın Hilal qarşısında yerə düşdüyü yerdir. Qalibin türklər olduğu elan edildiyi yerdir.

Bəs, bu mübarizə bitdimi? Hər şey silinib, getdimi? Əlbəttə, yox...Gəlin, baş verənlərə baxaq. Sonra İstanbula dönərik.

Bələdiyyə seçkilərinə baş qarışdığına görə yaza bilmirdim, amma hadisələr bitmədi. Hələ 7-8 gün əvvəl yazmışdım. Xatırlayaq...

Böyük planda yer alan Afrika qitəsində çox önəmli bir hərbi təlim baş verdi.

Başa salmaq istədiyim də, önəm verdiyim də elə budur. Bu təlimdə iştirak edən ölkələrin sayı 8-dir. İştirakçıların hansı ölkələrdən olmasından daha çox, dəvətin xüsusi olaraq ABŞ tərəfindən həyata keçirilməsi diqqət çəkən məqamdır. Əməkdaşlıq üçün ən uyğun olan 8 ölkə seçildi və onlar birmənalı olaraq dəvəti qəbul etdilər. Sudanda çox önəmli bir rayon seçildi.

Beləliklə, 943 hektarlıq ərazi hərbi bir əraziyə çevrildi. 8 ölkənin hərbi idarələrinin iştirak etdiyi təlimdə adı açıqlanmayan ölkədə başlayan vətəndaş müharibəsi və Suriyaya bənzər böyük itkilərdən sonra NATO-nun müdaxiləsinə ehtiyac var idi. Təlimin məqsədi bu idi. ABŞ xüsusi dəvəti və ssenarini məhz buna görə hazırlamışdı.

Afrikada hərbi əraziyə çevrilən sahənin xəritəsinə baxanda qarşımıza ikinci bir Türkiyə çıxır. Həmin dövlətlər Sudanda miniatür bir Türkiyə xəritəsi çəkirlər və içində müharibə oyunu oynayırlar.

Yazdığım bu fikirlərimin üstündən təxmini 1 həftə keçdi. Əvvəlki günlərdə Sudanda vəziyyət qarışdı. Əslində Afrika baharı üçün qarışıqlıq yaranmalı idi. Bu barədə də əvvəlcədən bildirmişdim. Onsuz da Sudan ilə Türkiyənin yaxın dostluq münasibəti Pentaqon tərəfindən dəstəklənmir. Sudanın bizə təslim etdiyi Sevakin adası sayəsində Qırmızı dənizə neft keçid yollarının olması Türkiyə üçün böyük avantaj idi. ABŞ bundan narahat idi. Ona görə də Sudanda vəziyyətin qarışması ABŞ-ın maraqları üçün ən uyğun addımdır.

Yazdıq. Yazdığımız kimi də etdilər.

Küçələrə çıxan minlərlə sudanlı Ordu Qərargahına doğru irəliləyir və prezident Ömər Əl-Bəşirin devrilməsini istəyir. Ömər Əl-Bəşirin Türkiyəyə sığınması ehtimalı isə olduqca yüksəkdir.

Sudan küçələrində oralara aid olmayan bir ağıl var və Ömər əl-Bəşiri devirmək istəyir. Hətta ordunu da öz tərəfinə çəkməklə, bu planı həyata keçirmək niyyətindədir. Ömər Əl-Bəşir devrildiyi təqdirdə Türkiyə üçün önəmli olan Sevakin adası da əlimizdən çıxa bilər.

Sudanda vəziyyəti qarışdıranların iki hədəfi var!

Öncəliklə Sudanda Çin gücünü görmək istəmirlər. Həmçinin İpək Yolunda böyük güc olmaq istəyən Türkiyənin qarşısını kəsmək istəyirlər.

Çinin öz gücünü yaymasının qarşısını almaq üçün ABŞ tərəfindən müəyyən edilən bir neçə hədəf ölkə və lider var. Bu, artıq gizli deyil. Əvvəllər yazmışdım. İpək yolu, yəni ABŞ-Çin müharibəsində hədəf olan ölkələr və liderlər var. Deyəsən, aydın başa düşülmədi. Bilmirəm. Ancaq böyük müharibənin qapımızın ağzında olduğunu nəzərə alsaq, tam olaraq başa düşməmək kimi bir şansımız yoxdur.

Kuba prezidenti Raul Kastro, Sudan prezidenti Ömər əl-Bəşir, Eritreya sədri Isaias Afeverki, Ekvatorial Qvineya prezidenti Nqema Mbasoqo, Zimbabve prezidenti Robert Muqabe, Venesuela prezidenti Nikolas Maduro, Argentina Prezidenti Kristina Fernandez de Kirçner, Braziliya prezidenti Dilma Rousseff, Ukrayna Prezidenti Viktor Yuşşenko, Qırğızıstan prezidenti Qurmanbek Bakıyev, Misir prezidenti Mursi, Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Qətər əmiri Təmim bin Həməd Al Sani və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan...

İndi onları tək-tək ələ almaq prosesi çox genişlənəcək. Ona görə də yazdığım adlara diqqətlə baxın. Kimlər qalıb, kimlər gedib, özünüz görün.

Qlobal müharibədə regional səviyyədə düşünmək xəstəliyindən qurtulmağımızda fayda var. Türkiyə təəssüf ki, bizim anlaya bilmədiyimiz qədər əhəmiyyətli ölkədir. Türkiyənin coğrafiyası çox dəyərlidir. Biz olmadıqca, kimsə yer üzündə istədiyi nəticəni ala bilməyəcək. Çünki tariximiz, dövlətçiliyimiz, inancımız və ordumuz onların önündə duran ən böyük əngəldir.

Ancaq yenə də görüntüyə diqqətlə baxın. Maduro Türkiyə ilə yaxın olduğu üçün mühasirə altındadırmı? Hüquqları olmasa da, qızıl ticarətini nəzarətə almaq istədilərmi? Amerikalı rəsmi nümayəndələr burada “Xalq bank” dosyası yaratmaq üçün mesaj vermədilərmi? Bəşirin dostluğunu pozmaq üçün küçələrə çıxanlar Türkiyəni qardaş görən Mursini devirmədilərmi? Prezident Obama BMT-nin iclaslarında verdiyi yeməkdə “Darbeçi” Sisini yanına çəkib, Ərdoğanla üz-üzə oturtmaq istəmədimi?

Bizim getdiyimiz hər yerdə xaos yaratmaq üçün yola çıxdılar. Onsuz da “S-400”, “F-35” məsələlərindəki hərəkətləri açıq şəkildə göz önündədir. Hətta iqtisadi cəhətdən də müdaxilə edəcəklərini gizlətmirlər. Buna görə də əllərindən gələni edəcəklər. Mən müşahidə edəndə bunu görürəm. Ümid edirəm ki, gördüklərim səhvdir. Çünki səhv olmasını çox istərdim. Yanılsam da, məlum görüntüyə yaxşı baxın!

Kim deyə bilər ki, “ABŞ-ın Türkiyə ilə bir dərdi yoxdur?”

Onlar öz niyyətlərini reallaşdırmaq üçün ölkələri bir-bir yıxırlar. Maraqlıdır ki, Sudan və Venesueladan sonra eyni anda harada olmaq istəyəcəklər? İpək Yolunda matçın nəticəsini hansı ölkə dəyişdirir? Sadə və mənalı bir sualdır. Cavab məlumdur. Əlbəttə ki, Türkiyə...

İndi gələk İstanbula...31 martda milyonlarla istanbullu səsverməyə getdi və səs verdi. Daha sonra hüquq normaları çərçivəsində etirazlar baş verdi və nəticələrin sayı yenidən sayıldı.

Dünyada baş verən proseslər fonunda Türkiyə bir şəkildə hədəf seçilərkən məlum çevrələrin sandıqdan böhran çıxarmaq kimi gözləntisinin olduğunu unutmamaq lazımdır. İqtidar və müxalifət bu prosesi sakit bir şəkildə idarə etməlidir.

Nəticə etibarilə nöqtəni qoyan Türkiyənin Yüksək Seçki Şurası (YSK) olacaq. Qanunlar və nizam bəllidir. Bundan kənara çıxılmayacaq. Türkiyə bizimdir və kiminsə gedəcək bir yeri yoxdur. Adamlar ayaq izlərimizin üstünə basaraq gəlirlər. Hər kəsin bunu görməsi şərtdir. Sən işini qış tut, yaz çıxarsa bəxtinə...

Tərcümə: Pia.az-ındır

Orjinal

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar