Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AFFA qadın futbolçunu təhqir edən baş məşqçini cəzalandırıb

Komandaların baş məşqçiləri cəzalandırılıb...

AFFA İntizam Komitəsi aşağı yaşlı futbolçuların çıxış etdikləri liqalarda təhqiramiz ifadələr işlədən şəxslərin cəzalarını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, U-14 liqasında Beyləqanın "Bahar Gİİ" və Ağcabədinin UGİM kollektivlərinin matçında müvafiq olaraq komandaların baş məşqçiləri Xudaverdi Tumasov və Namiq Quliyev bir-birilərini söyüb. Bu səbəbdən, hər iki mütəxəssisə 3 oyunluq cəza verilib.

U-13 liqasında "Keşlə"nin baş məşqçisi Xəyyam Bəkirov "Zirə" ilə görüşdə hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb. Eyni cəza U-15 liqasındakı “İsgəndər Cavadov BFA” komandasının baş məşqçisi Elşən Ələskərova da verilib. O, "Qarabağ"la dueldə hakimə qarşı nalayiq ifadələr işlədib.

U-13 qızlar liqasında "Fidan"ın baş məşqçisi Yavər Rəhimov “8 №-li RİOEUGİM” kollektivi ilə görüşdə rəqib komandanın futbolçusunu təhqir etdiyi üçün 3 matçlıq cəza ilə üzləşib. U-17 liqasında “İsgəndər Cavadov BFA”nın futbolçusu Əhməd İbadov hakimə qarşı təhqiredici ifadələrə görə 4 oyunluq cəza alıb.

pia.az


Etiket: AFFA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar