Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AFFA Premyer Liqanı və ölkə kubokunu başa çatdırıb

Azərbaycan futbolunda 2019/20 mövsümünün taleyinə aydınlıq gəlib...

Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

Bu addım qurumun videokonfrans formatında təşkil olunan iclasında aparılan müzakirələrdən sonra atılıb. Koronavirus pandemiyası üzündən yaranan vəziyyəti, ölkədəki karantin rejimini və avqustun 3-dək avrokubokdakı təmsilçilərin müəyyənləşməli olduğunu nəzərə alan AFFA Premyer Liqa və Azərbaycan kubokunda mövsümü yarımçıq başa çatdırmağa qərar verib.

Çempionatda 20 turdan sonra yaranan turnir cədvəli yekun kimi qəbul olunub. Son 8 turu oynanılmayan Premyer Liqada “Qarabağ” çempion elan edilib. “Neftçi” gümüş, “Keşlə” bürünc medalçı hesab olunub. Sonuncu iki komanda Avropa Liqasında, ağdamlılar isə Çempionlar Liqasında oynamaq hüququ qazanıb.

Azərbaycan kuboku isə yarımçıq qalıb. Yarımfinal və final oyunları qalan turnir qalibsiz başa çatıb.

Bu səbəbdən də Premyer Liqada 4-cü yerin sahibi də Avropa Liqasına vəsiqə əldə edib. “Sumqayıt” qitənin ikinci dərəcəli klub turnirində oynayacaq.

Sonuncu yeri tutan “Qəbələ”nin Premyer Liqada qalıb-qalmamasına isə yeni mövsüm ərəfəsində - lisenziyalaşmanın nəticələrindən sonra dəqiqləşəcək.

pia.az


Etiket: AFFA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar