AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
Yığıncaq iyunun 3-də baş tutacaq.
“Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında keçiriləcək tədbir saat 18:00-da başlayacaq. İclasın gündəliyində Birinci Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı durur.
Yığıncaqda həmçinin digər məsələlər müzakirə olunacaq.(ONA)
pia.az