Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AFFA AVRO-2020 ilə bağlı növbəti tender elan etdi

AVRO-2020-nin 4 oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar AFFA növbəti tender elan edib...

PİA.az verir ki, məqsəd şəhər və hava limanı ərazisində fəaliyyət göstərəcək işçi heyətinin və könüllülərin yeməklə təminatının təşkilidir.

Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmək lazımdır. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb olunanların müvafiq tarixə qədər təhvil veriləcəyinə dair zəmanət məktubunu 1 aprel saat 18:00-dək [email protected] elektron ünvanına göndərə bilər.

Aşağıda göstərilənlərin təqdim olunması vacibdir:

- Ölkədə müvafiq sahə üzrə sertifikatlaşdırma aparmağa səlahiyyətli orqan tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış;

- Qida və içki məhsullarının qida təhlükəsizliyi sertifikatı;

- İstifadə edilən avadanlıqlar, cihazlar, qablar və digər təchizat vasitələrinin sanitariya normaları və qaydalarına, gigiyena normativlərinin tələblərinə uyğun olmasını göstərən zəmanət məktubu;

- Məhsulların istehsalının, eləcə də istehlakına cəlb olunan işçilərin texniki normativ hüquqi aktların məcburi tələblərinə uyğun olaraq, xüsusi hazırlıq və profilaktiki tibbi müayinədən keçməsini göstərən hüquqi qüvvəyə malik təsdiqedici sənəd. (Report)

pia.az


Etiket: AFFA AVRO-2020

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar