Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AFB Bank”-ın bütün filialları fəaliyyətini davam etdirir

Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC-nin bütün filialları fəaliyyətini davam etdirir... 

AFB Bank kütləvi informasiya vasitələrində 50 nəfər əməkdaşının COVİD-19 pandemiyasına görə karantinə alınması ilə bağlı yayılmış xəbərə münasibət bildirib.

Bankdan “NOCOMMENT.az”-a verilən məlumata görə 50 nəfər işçinin karantinə alınması həqiqəti əks etdirmədiyindən təkzib olunur. Təəssüflər olsun ki, indiyə qədər ümumilikdə ayrı-ayrı dövrlərdə 2 əməkdaşımızda koronavirus infeksiyası aşkar olunmuşdur. Lakin, onların vəziyyətində ağırlaşma olmamışdır. Həmçinin yayılan xəbərdə öz əksini tapan bankın gündəlik iş rejiminin dəyişməsi və əməkdaşlar arasında mütəxəssis çatışmazlığı əsassız informasiyadır. Məlumat üçün bildirilir ki, “AFB Bank” ASC-nin bütün filial və şöbələri fəaliyyətini və müştərilərə xidməti davam etdirir. 

Hər zaman əməkdaş və müştərilərinin qayğısına qalan AFB Bankda Nazirlər Kabineti yanında Operativ Qərargahın "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı"na və nəzərdə tutulmuş tədbirlər, o cümlədən sosial məsafə, qapalı məkanda maskalardan istifadə, dezinfeksiya edici məhlullarla təmin edilmə və ofis ərazisinin müntəzəm dezinfeksiyası ilə bağlı zəruri tədbirlərə müntəzəm əməl edilmişdir. Həmçinin, əlavə tədbirlər kimi Bankın baş ofisinin əksər əməkdaşları məsafədən işlərini davam etdirirlər.

Hal-hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

pia.az 


Etiket: AFB Bank


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar